Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin GÖRÜNTÜLƏRİ (VİDEO)

09.08.2024 13:10 1 851
Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin GÖRÜNTÜLƏRİ (VİDEO)
Bakıda küçədən keçən qadına əxlaqsız təklif olunub.

Bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

Belə ki, saat 15:43-də metronun "28 May" stansiyası yaxınlığında naməlum şəxs yoldan keçən xanıma yaxınlaşaraq əxlaqsız ifadələr işlədib. Daha sonra ərazidən qaçaraq uzaqlaşıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma aparılır və bununla bağlı əlavə məlumat veriləcək.

Həmin görüntüləri təqdim edirik:

Son xəbərlər