Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Laçında itkin düşən hərbçilərdən birinin meyit qalıqları ailəsinə təhvil verildi - FOTOlar

07.08.2024 22:30 1 431
Laçında itkin düşən hərbçilərdən birinin meyit qalıqları ailəsinə təhvil verildi - FOTOlar
2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğlunun meyit qalıqları Gəncə şəhərində ailəsinə təhvil verilib.

Median.Az
APA-ya istinadən xəbər verir ki, onun qalıqları Məhsəti qəsəbəsində yaşadığı evə gətirilib. Firdovsi Abdullayevin meyitinin qalıqlarının ailəsinə təhvil verilməsi mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin birinci müavini Seymur Nazarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Hikmət Orucov, hüquq mühafizə orqanlarının rəhbər işçiləri, hərbçilər və qazilər iştirak ediblər.

Firdovsi Abdullayevla sabah yaşadığı evdə vida mərasimi keçiriləcək. Onun meyitinin qalıqları sabah Gəncənin şəhidlər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki 2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğlu Goranboy rayonun Qaradağlı kəndində anadan olub. Hazırda ailəsi Gəncə şəhərində yaşayır.

Xatırladaq ki, 3 mart 2022-ci ildə Azərbaycan Ordusunun əsgərləri Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlu Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər. Onların meyit qalıqları 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində aşkarlanaraq götürülüb.





Son xəbərlər