Mojo.az Banner
19:38 Göyçayda 3 kiloqramdan artıq narkotik vasitə aşkarlandı  |     19:30 Ermənistanda partlayış oldu, hərbçi öldü  |     19:25 Sumqayıtda 22 motosiklet sürücüsü saxlanıldı - VİDEO  |     19:16 Narkotikin təsiri altında olan sürücü həbs olundu  |     19:11 Mingəçevirdə qayıq "River Side" hotelinin restoranına çırpıldı - Yaralılar var  |     19:04 Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq  |     18:59 Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı  |     18:52 Yoxlamalara dair yeni qadağa  |     18:47 Azərbaycanda bu şəxslər üçün 20 illik vergi güzəşti müəyyənləşir  |     18:39 30-a yaxın işçi "BI Group" şirkətindən maaşlarını ala bilmirlər - VİDEO  |     18:33 Bakıda plana düşən 200-dən çox ev sökülür - VİDEO  |     18:25 "Tərəqqi" medallı keçmiş direktor dünyasını dəyişdi  |     17:52 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     17:41 Vətəndaşlarla təhsil sektorunun işçisi arasında DAVA DÜŞDÜ - VİDEO  |     17:33 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper məhkəməyə verildi  |     17:09 İlanlar binalara və evlərə niyə girir? – Zooloqdan MÜHÜM açıqlama  |     17:07 Bakıda maşında meyit tapıldı  |     16:55 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA - ÖZƏL  |     16:53 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA  |     16:48 Külək güclənir - XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Beynəlxalq axtarışda olan daha bir şəxsin Azərbaycana ekstradisiyası təmin edilib

07.08.2024 15:28 1 149
Beynəlxalq axtarışda olan daha bir şəxsin Azərbaycana ekstradisiyası təmin edilib
Beynəlxalq axtarışda olan daha bir şəxsin Azərbaycana ekstradisiyası təmin edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Rəşad Ərşad oğlu Əmirovun ekstradisiyası haqqında qərar qəbul olunub:

"Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Rəşad Əmirovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Rəşad Əmirov Gürcüstanın ərazisində saxlanılaraq 06.08.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib", - deyə məlumatda qeyd edilib.скачать dle 11.3
Mojo.az Banner