Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Aİ daha 28 belarusluya sanksiya tətbiq edib

05.08.2024 19:35 1 563
Aİ daha 28 belarusluya sanksiya tətbiq edib
Avropa İttifaqı Şurası (Aİ) Belarusda insan hüquqlarının pozulmasında iştirakına görə daha 28 nəfərə qarşı sanksiya tətbiq edib.

Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Belarus Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin (HUBAZiK) iki rəis müavini barəsində qətimkan tədbiri seçilib.

"HUBAZİK Belarusda siyasi təqiblərə, o cümlədən fəallara, vətəndaş cəmiyyəti üzvlərinə qarşı özbaşına və qeyri-qanuni həbslər, pis rəftar, o cümlədən işgəncələr üçün cavabdeh olan əsas orqanlardan biridir. Bugünkü siyahıda 2020-ci ildə keçirilən prezident seçkilərinə etiraz edən və hakimiyyətə qarşı fikirlərini səsləndirən vətəndaşlara siyasi motivli hökmlər çıxaran prokurorlar və çoxsaylı hakimlər də var. Bundan başqa, müxtəlif islah müəssisələrinin (həbsxanalar və istintaq təcridxanası) rəhbərlərinə də qətimkan tədbiri seçilib",- məlumatda qeyd olunub.

Diqqətə çatdırılıb ki, məhdudlaşdırıcı tədbirlərin tətbiq edildiyi şəxslər arasında Belarus Teleqraf Agentliyinin (BELTA) baş direktoru İrina Akuloviç də yer alıb:

"Ölkənin "СТВ" televiziya kanalında yayımlanan “Senat” proqramının aparıcısı və Belarus Milli Assambleyası yanında Gənclər Şurasının sədri Mikita Raçıloyski, BELTA-nın keçmiş baş direktoru Dzmitry Zhuka qarşı da məhdudlaşdırıcı tədbir tətbiq olunub".

Qeyd edək ki, Aİ-nin Belarusa qarşı məhdudlaşdırıcı tədbirləri indiyədək 261 fiziki şəxsə və 37 quruma şamil edilib. Sanksiya nəticəsində sözügedən şəxslər aktivlərin dondurulmasına məruz qalır və Aİ şirkətləri onlara vəsait ayıra bilməz. Fiziki şəxslərə əlavə olaraq səyahət qadağası tətbiq edilir ki, bu da onların Aİ ərazilərinə daxil olmasına və ya tranzit keçməsinə mane olur.
//report

Son xəbərlər