Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Fransanın rüsvayçı təşkilatçılığı: Hicaba qadağa qoyub, azyaşlı uşağı LGBT üzvü kimi göstərdilər

27.07.2024 21:04 1 893
Fransanın rüsvayçı təşkilatçılığı: Hicaba qadağa qoyub, azyaşlı uşağı LGBT üzvü kimi göstərdilər
Paris Olimpiya oyunlarının açılışında LGBT qalmaqalı baş verib. Qlobal güclərin dəstəyi ilə maliyyələşən LGBT üzvləri Paris-2024 Olimpiya Oyunlarının açılış mərasimində səhnəyə çıxıblar.

Median.Az
Türkiyə mediasına istinadən xəbər verir ki, bütüm dünyada canlı yayımlanan görüntülərində bir qrup şəxs qırmızı xalıdan biabırçı şəkildə keçib.

Belə ki, Olimpiadanın simvolu olan məşəli daşıyanlar arasında cinsi azlıqlar - geylər və translar olublar.

Özlərini "drag queens” kimi təqdim edən Miss Martini, Nicky Doll və Mínima Geste kimi adlar məşəli daşıyıblar.

Olimpiadanın açılışındakı acı görüntülər bununla bitməyib.

LGBT moda nümayişində 9-10 yaşlı balaca qızdan da istifadə edilib.

Fransa müsəlman fransız idmançı Sillanın hicabla Paris Olimpiadasının açılış mərasiminə qatılmasına isə icazə verməyib.

Fransa Olimpiya Komitəsi onun açılış mərasiminə papaq taxmaq şərti ilə icazə verəcəklərini bildirib. İdmançı Silla sosial media hesabında məcburi təklifi qəbul etdiyini açıqlayıb.

Xatırladaq ki, Fransanın idman naziri Oudea-Kastera 24 sentyabr 2023-cü ildə Paris Olimpiya Oyunlarında "sərt dünyəvilik" rejiminin tətbiqinin tərəfdarı olduqlarını bəyan edib.скачать dle 11.3
Mojo.az Banner