Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

BOK Beynəlxalq Boks Federasiyasını sıralarından xaric etdi: Azərbaycan boksunu nə gözləyir?

23.07.2024 18:19 1 164
BOK Beynəlxalq Boks Federasiyasını sıralarından xaric etdi: Azərbaycan boksunu nə gözləyir?
Beynəlxalq Olimpiya Komitəsi (BOK) rusiyalı Umar Kremlyovun rəhbərlik etdiyi Beynəlxalq Boks Assosiasiyasını (AİBA) tanınmış federasiyalar siyahısından çıxarmaq qərarına gəlib. Qərar İdman Arbitraj Məhkəməsinin AİBA-nın BOK-un müəyyən etdiyi meyarlara cavab vermədiyini müəyyənləşdirməsindən sonra verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin illki hesabatında deyilir.

"BOK-un Sessiyası AİBA-nın tanınmasının geri götürülməsinə səs verib", - Olimpiya Komitəsinin illik hesabatında deyilir.

BOK bildirib ki, komitə boks federasiyasından "pulun haradan gəldiyini anlamır”. "Tam maliyyə şəffaflığının olmaması BOK-un AİBA-nın tanınmasını geri götürməsinin səbəblərindən biri olub. AİBA maliyyə mənbələrini və ya yeganə dövlət şirkəti olan "Qazprom”dan tam maliyyə asılılığını izah etməyə hazır deyildi”, - press-relizdə aydınlıq gətirilir.

Beynəlxalq Boks Assosiasiyasının tanınması 2019-cu ildə federasiyanın əvvəlki rəhbərliyi altında BOK tərəfindən idarəçilik, maliyyə və hakimlik ilə bağlı problemlərə görə dayandırılıb. 2020-ci ildən AİBA-ya bütün borcların qaytarıldığını elan edən rusiyalı Kremlyov rəhbərlik edir, lakin BOK hesab edir ki, təşkilat kifayət qədər iş görməyib.

Ötən ilin yayında BOK AİBA-nın tanınmasını geri götürüb. Təşkilat bu qərarı "siyasiləşdirilmiş” hesab edib. AİBA buna İdman Arbitraj Məhkəməsində (CAS) etiraz etməyə çalışıb, lakin apreldə CAS şikayəti rədd edib.

Tokioda keçirilən boks üzrə Olimpiya turniri BOK-un xüsusi komissiyası tərəfindən keçirilib. AİBA həmçinin 2024-cü il Oyunları üçün bu idman növü üzrə seçmə turnirlər keçirə bilməyib.

Beynəlxalq Olimpiya Komitəsi bildirib ki, bütün bu səbəblərə görə boks hazırda 2028 Olimpiya Oyunlarının idman proqramına daxil edilməyib və BOK bu idman növü üzrə Olimpiya boks yarışlarını yenidən təşkil edə bilməyəcək.

BOK hesab edir ki, bunu düzəltmək üçün Olimpiya boksu etibarlı, aydın idarə olunan Beynəlxalq Federasiya tərəfindən təşkil edilməlidir. Komitə xəbərdarlıq edib ki, AİBA-ya daxil olan istənilən milli federasiyasını təmsil edən boksçu 2028-ci ilin Olimpiya Oyunlarında iştirak edə bilməyəcək və müvafiq Milli Olimpiya Komistəsi belə milli boks Federasiyasını tərkibindən çıxarmalı olacaq.

Qeyd edək ki, Azərbaycan Boks Federasiyası (ABF) 1992-ci ildən Beynəlxalq Boks Assosiasiyasının üzvüdür. Göründüyü kimi, ABF-nin sanksiyaya məruz qalmış təşkilatda gələcək üzvlüyü boksçularımızın beynəlxalq yarışlarda, həmçinin 2028-cı ildə ABŞ-ın Los-Angeles şəhərində keçiriləcək Olimpiya Oyunlarında mümkün iştirakını əngəlləyə və Azərbaycan Boks Federasiyasının Milli Olimpiya Komistəsinin tərkibindən çıxarılmasına səbəb olacaq. Bu isə öz növbəsində Azərbaycan boksuna böyük zərbə və boks idamn növünün ölkəmizdə sıradan çıxarılmasına səbəb olacaq.

Bununla bağlı mövqe öyrənmək üçün Azərbaycan Boks Federasiyası ilə əlaqə saxlamağa çalışdıq, lakin zənglərə cavab verən olmadı. Federasiyanın elektron ünvanına şəhr sorğusu göndərilib, lakin xəbər dərc edilənədək ABF-dən cavab alınmayıb.

Son xəbərlər