Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Boks üzrə dünya çempionatının yeri və vaxtı AÇIQLANDI

02.10.2021 22:34 1 536
Boks üzrə dünya çempionatının yeri və vaxtı AÇIQLANDI
Qadınlar arasında boks üzrə dünya çempionatının yeri və vaxtı müəyyyənləşib.

Median.Az
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) rəsmi saytına istinadən xəbər verir ki, yarış dekabrın əvvəlində Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Dəqiq tarixlər daha sonra açıqlanacaq.

AİBA prezidenti Umar Kremlev mükafat fondunun kişilərin turniri ilə eyni olacağını bildirib: "Mundialın mükafat fondu 2,6 milyon ABŞ dollarıdır. Birinci yerin sahibi 100 min, gümüş medalçılar 50 min, bürünc medal qazanan boksçu isə 25 min dollar əldə edəcək".

Qeyd edək ki, kişilər arasında dünya çempionatı 24 oktyabr - 6 noyabrda Serbiyanın paytaxtı Belqradda gerçəkləşəcək.

Son xəbərlər