Mojo.az Banner
22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |     20:47 Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir  |     20:39 Tahir Qədəşovun kürəkəninin məhkəməsi nə vaxt olacaq?  |     20:34 Azərbaycanlıların xaricə səfərləri azaldı - Ən çox gedilən ölkələr  |     20:25 Kəlbəcərdə nə qədər qızıl ehtiyatı var?  |     20:20 Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab  |     20:13 Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi  |     20:05 "Bakı trasında sürmək hər zaman əladır" - Lyuis Hemilton  |     20:00 Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi  |     19:54 Sabiq prorektor vəfat edib  |    
Mojo.az Avto
Mojo.az Avto

"Windows" əməliyyat sisteminin alternativi buraxılacaq - FOTO

19.07.2024 11:39 1 410
"Huawei" şirkəti 2024-cü ilin sonuna qədər "Windows" əməliyyat sisteminin (ƏS) alternativini buraxmaq niyyətindədir.

Bu barədə "Tom's Hardware" portalı insayderlərə və sənaye analitiklərinə istinadən məlumat yayıb.

Şirkətin "HarmonyOS Next" ƏS-ni kompüterlərdə istifadə üçün aktiv şəkildə uyğunlaşdırması faktı "Huawei"in saytında ƏS-nin fərdi kompüter (FK) versiyasını göstərən şəkillərdə əks olunub. Bu şəkillərə əsasən "HarmonyOS Next"in interfeysi "Apple"ın "macOS" ƏS-nin dizaynından ilhamlanaraq hazırlanıb.


Xatırladaq ki, "HarmonyOS" mobil ƏS 2019-cu ildə ABŞ sanksiyalarına cavab olaraq hazırlanıb. Bu ƏS-nin adında "Next" prefiksi olan növbəti qolu fərdi kompüterlərdə və digər şirkət qadcetlərində işləmək üçün uyğunlaşdırılacaq. Üstəlik, "Huawei" ABŞ texnologiyalarından asılı olmayaraq tamamilə avtonom sistem təklif etmək niyyətindədir.

"HarmonyOS Next"in əsas xüsusiyyəti onun AOSP kitabxanalarından müstəqilliyi və "Android" üçün ".apk" fayllarını işə sala bilməməsi olacaq.

Bu ƏS-nin Çindən kənarda tətbiq edilib-edilməyəcəyi bəlli deyil. Məsələn, Çin "Huawei" smartfonları "HarmonyOS", beynəlxalq versiyalar isə "Android 14"ün hazırkı versiyası ilə "Android 12" əsasında EMUI ilə işləyir.скачать dle 11.3
Mojo.az Banner