Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:43 89 yaşlı şəxs ehtiyatsızlıqdan sirkə içərək öldü | 19:37 Baş prokuror Binəqədidə vətəndaşları qəbul edəcək | 19:30 "Nvidia"nın keçmiş baş direktoru ABŞ Senatında dindiriləcək | 19:24 Bakıda narkotikin təsirində avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO | 19:15 "Qurtuluş-93"də binanın zirzəmisində aparılan tikinti işləri narazılığa səbəb oldu - VİDEO | 19:10 Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü | 19:03 Nazirin üstünə qışqıran hərbçiyə medal verildi | 18:59 Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi | 18:47 Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı | 18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" | 18:28 İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı | 18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video | 17:48 Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq? | 17:31 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır | 17:29 Külək güclənəcək - XƏBƏRDARLIQ | 17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı | 17:17 Hamilə qadın "ASAN Xidmət"in qarşısında qətlə yetirildi | 16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

Bazar ertəsi iki rayonda qaz olmayacaq

13.07.2024 14:00 1 596
Bazar ertəsi iki rayonda qaz olmayacaq
Gələn həftənin bazar ertəsi Qobustan və Quba rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, "Qobustan 5-6-cı massiv" ölçü qovşağında təmir-quraşdırma işləri aparılacaq. Bu səbəbdən iyulun 15-də saat 11:00-dan 13:00-dək "Qobustan" qazpaylayıcı stansiyadan (QPS) qidalanan "Qobustan 5-6-cı massiv" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Qobustan Bağlar yaşayış massivinin və 5,6,7-ci massivlərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin, Quba rayonunun 1-ci Nüqədi kəndində ortatəzyiqli qaz kəmərində aparılacaq təmir, 2-ci Nüqədi kəndində isə yeni çəkilmiş qaz xəttində quraşdırma işləri səbəbindən iyulun 15-də saat 09:30-dan etibarən işlər tamamlanana qədər qaz təchizatının dayandırılması planlaşdırılıb. Qaz təchizatı dayandırılan müddətdə Quba rayonunun 17 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Son xəbərlər