Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda qızı polisə şikayət edənkişi cərimələndi

09.07.2024 22:31 1 536
Azərbaycanda qızı polisə şikayət edənkişi cərimələndi
Sosial şəbəkələrdə Astara rayon sakini olan kişini polisin səbəbsiz yerə saxlaması barədə məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Astara rayon sakini Oruc Məmmədovu polisin heç bir səbəb olmadan saxlaması barədə səsləndirilən iddialar əsassızdır.

O.Məmmədovun qızı Fatma Məmmədova DİN-in "102" xidməti zəng mərkəzinə müraciət edərək qonşusu Rövşən İsmayılovun təhqir etməsi barədə məlumat verib. Həmin müraciətlə əlaqədar Polis Şöbəsində F.Məmmədovanın izahatı alınarkən Oruc Məmmədov şöbənin inzibati binasının qarşısına gələrək uca səslə nalayiq ifadələr işlədib, ictimai qaydanı pozub.

Polis əməkdaşları dəfələrlə intizama dəvət etsə də, o, buna məhəl qoymayıb və hərəkətlərini davam etdirib.

O.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə cərimə olunaraq sərbəst buraxılıb.
скачать dle 11.3

Son xəbərlər