Mojo.az Banner
21:24 Tikinti şirkəti ilə vətəndaş arasında qalmaqal: "Xəbərdarlıq da etmədilər"  |     21:17 Şahruddindən maraqlı paylaşım — FOTO  |     21:11 Bu şəxslərə çuğundur YEMƏK OLMAZ  |     21:03 Almaniya səfiri İran XİN-ə çağırıldı  |     20:57 Azərbaycanın ən gənc generalı oldu  |     20:37 "Avroviziya"nın aparıcıları onlar olacaq  |     20:30 Goranboyda iki avtomobil toqquşdu, xəsarət alanlar var  |     20:22 Kamran Əliyev prokuroru vəzifəsindən azad etdi  |     20:20 Yüksək vəzifəyə təyin edilən Tural Feyzullayevlə bağlı MARAQLI MƏLUMATLAR  |     20:12 Ən yüksək maaşlı vakansiyalar bu sahədədir...  |     19:55 Bakıda marketin qarşısında kameralar önündə bıçaqlanma: "Oğlunu narkotikə qurşandırdığımı dedi"  |     19:41 Ötən il işlə təmin edilən əlilliyi olan şəxslərin sayı açıqlanıb  |     19:36 Azərbaycanın hərbi qulluqçuları Türkiyədə ixtisasartırma kursunu uğurla başa vurublar  |     19:30 Masallıda üçəm dünyaya gəlib  |     19:22 Rusiyada İstilik Elektrik Mərkəzində yanğın olub, iki nəfər ölüb  |     19:17 Tailandda təyyarə qəzaya uğrayıb, ölənlər var  |     19:09 Şahbuzda minik avtomobili qaz xəttinə çırpılıb, 160 abonent qazsız qalıb  |     19:03 Biləsuvar heyvan bazarı yenidən fəaliyyətə başlayıb  |     18:55 İrandakı etirazlarda öldürülənlərin siyahısı açıqlanacaq  |     18:50 Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI  |    
Left Banner
Right Banner

Azərbaycan 5 milyon kv.km ola bilər - Tələblər

09.07.2024 21:10 816
Azərbaycan 5 milyon kv.km ola bilər - Tələblər
Türk Dövlətləri Təşkilatının gələcəyi iqtisadi əlaqələrin dərinliyindən asılı olacaq. İstiqamət, qərar doğrudur, amma bu gün problemlərdən də danışıb həlli yollarını tapmasaq, TDT gözəl arzu olaraq qalacaq.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, ilk görüləsi iş TDT-nın koordinasiya qurumlarının yaradılmasıdır:

“Hərbi-təhlükəsizlik, iqtisadi, mədəni, xarici siyasətlə bağlı katibliklər yaradılmalıdır. Bundan başqa, TDT ölkələrinin parlament nümayəndələrinin təşkilatı da olmalıdır. Yəni Avropa Parlamentinin prinsiplərinə uyğun əhali sayı kvotalarına görə hələlik məşvərətçi statusunda daimi parlamentar orqan təsis edilməlidir.

Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin ümumi ərazisi 4 mln. 731 min 213 km², əhalisi 170 mln.-a, ümumi ÜDM-i isə 1,4 trilyon dollara yaxındır – çox böyük ərazi, böyük bazardır, bunun üzərinə ölkələrin təbii resurslarını, əlverişli coğrafi mövqeylərini də gəlsək, dünya geosiyasəti və iqtisadiyyatında mühim rol oynamaq üçün bütün perspektivləri olan birlikdir. Amma ayrı-ayrılıqda TDT ölkələrinin əsas iqtisadi tərəfdaşları kənardadır, iqtisadi təməl olmadan isə birliyin gələcəyi dumanlıdır.

Qardaş Türkiyə ən böyük iqtisadiyyatdır, çoxşaxəli və bazar iqtisadiyyatı institutları olan modelə malikdir. 2023-də Türkiyənin ixracatı 256 mlrd. dollar, idxalı 362 mlrd. dollar olub. Türkiyənion əsas ticarət tərəfdaşları AB ölkələridir.

Azərbaycanın 2023-də ixracı 33,8 mlrd. dollar, idxalı 17,2 olub, bizim ölkənin də ən böyük ticarət tərəfdaşı AB ölkələridir.

Qazaxıstanın 2023-də ticarət dövriyyəsi 140 mlrd. dollar olub – ilk yerdə Rusiya, 2-ci yerdə Çin, 3-cü yerdə Türkiyədir. AB ölkələrindən Fransa 9-cu, İtaliya 10-cu yerdədir.

Qırğızıstanın 2023-də ticarət dövriyyəsi 15,7 mlrd. dollar olub ki, bunun 38%-i Çinin payına düşüb, Rusiya isə 22%-lə 2-ci yerdədir. AB ölkələri ilə əlaqə zəifdir.

Özbəkistanın 2023-də ticarət dövriyyəsi 62,5 mlrd. dollar olub, 22% Çinin, 16%-i Rusiyanın payına düşür. AB ölkələrindən bir tək Almaniya 1,7% payla 7-ci yerdədir.

Türkmənistanın da 1 nömrəli ticarət tərəfadı Çin, 2-cisi Rusiyadır. 2023-də Çinlə ticarət dövriyyəsi 10 mlrd. dollar olub ki, bu da ümumi dövriyyənin, təxminən, 50% civarındadır.

Mənzərə belədir, Xəzərin o tayında olan qardaş ölkələr iqtisadi olaraq Çinə, Rusiyaya bağlıdırlar – bağlılıq dərindır, amma bu səviyyədə asılılıq qalacaqsa, TDT-nin işlək quruma, dünyanın yeni güc mərkəzinə çevrilməsi problematik olacaq”.

Ekspertin fikrincə, TDT+AB dövlətləri bağının qurulması vacibdir ki, Çin, Rusiya iqtisadi ekspansiyasına rəqib olmaq mümkün olsun:

“Ona görə də qardaş Türkiyənin bu günlərdə cənab Ərdoğanın dilə gətirdiyi “Türkiyənin əsas hədəfi AB üzv olmaqdır” hədəfi doğrudur, həm də TDT-nin güclənməsi üçün vacibdir”.
//axar.azскачать dle 11.3