Kirayə mənzil bazarında qiymətlər niyə azalmır? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:28 Tələbələrin kirayə problemi: Çıxış yolu nədir?  |     22:21 Emin Əfəndi Rusiyaya buraxılmadı  |     22:16 Təyyarədə bələdçi Aydanla rastlaşdı: "Daha qəza olmayacaq..." (FOTO)  |     22:08 Tarantino ən yaxşı 3 filmini açıqladı: Doğulma səbəbim, zirvəm və qəlbim...  |     22:01 AQTA-dan sahibkarlara MÜRACİƏT  |     21:55 Şəkidə 5 otaqlı ev yandı  |     21:46 Avtobus dayanacağına zərər vuran şəxs saxlanıldı - Video  |     21:40 Ermənistan-İran sərhədində ikinci körpünün tikilməsi razılaşdırıldı  |     21:33 Ukrayna Rusiyanın yanacaq qatarını vurdu  |     21:26 Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı  |     21:22 Sosial şəbəkədə yayılan görüntülərə NAZİRLİKDƏN REAKSİYA  |     21:09 Azərbaycana turist axını 2 %-ə yaxın azalıb  |     21:04 Lavrov: Putinlə Trampın görüşündə sanksiyalar müzakirə olunmayıb  |     20:58 Pakistanda ölənlərin sayı 358 nəfərə çatıb  |     20:49 Finlandiyalı deputat parlament binasında intihar edib  |     20:43 Azərbaycan ət idxalını 18 % azaldıb  |     20:38 Ramana qəsrinin qədim yaşayış məskənin mərkəzində inşa edildiyini təsdiqləyən artefaktlar tapılıb  |     20:30 Polşada 275 milyon dollarlıq dövriyyəsi olan narkokartel ləğv edilib  |     20:25 Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib  |     20:17 Bəzi bölgələrdə külək güclənəcək  |    

Kirayə mənzil bazarında qiymətlər niyə azalmır?

2023-2024-cü tədris ili başa çatdığından Bakıda kirayə qalan bir çox tələbələr rayonlara qayıdıblar. Bu il məzun olanlar kirayə qaldıqları ev və mənzilləri sahiblərinə təhvil veriblər. Bunun isə kirayə mənzil bazarında qiymətlərə necə təsir edib-etməyəcəyi sual doğurur.

Əvvəllər kirayədə qalan tələbələrin rayonlara qayıtması mənzil bazarında qiymətlərə təsirsiz ötüşürdü. Ekspertlərin fikrincə, əvvəlki illərə nisbətən artıq belə hallar kirayə mənzil bazarına o qədər də təsir göstərmir.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, kirayə mənzil bazarında vəziyyət stabildir.

Onun sözlərinə görə, ümumiyyətlə, yay aylarında xüsusilə də çoxmənzilli binalarda qiymətlərdə artım olmur. Ekspert bildirib ki, əsasən, dərs müddəti bitdikdən sonra tələbələrin bir çoxunun rayonlara səfər etməsinə görə qiymətlər nisbətən azalır:

"Doğrudur, keçən il bunu müşahidə edə bilmədik. Çünki keçən il tələbələrin əksəriyyəti qiymətlərin yüksək olması səbəbindən sentyabrda geri döndükdə ev tapa bilmirdilər. O səbəbdən kirayə qaldıqları mənzilləri boşaltmamışdılar. Güman edirəm ki, bu il də belə olacaq. Çünki onların bir çoxu rayona getməkdənsə, Bakıda qalaraq işləməyə üstünlük verirlər. Hər halda bunu zaman göstərəcək. Amma qiymətlər hələlik stabildir. Avqustun sonundan başlayaraq sentyabrın sonunadək qiymətlərdə dəyişiklik ola bilər. Bu isə müvəqqətidir. Dekabrdan başlayaraq yenidən vəziyyət stabilləşir".

R.Qasımzadə hazırda kirayə mənzil bazarında qiymətlərin necə dəyişdiyindən də danışıb. Onun sözlərinə görə, hazırda kirayə mənzil bazarında qiymətlər birotaqlılar üçün minimum 300 manatdan başlayır və 400 manata qədər dəyişir:

"İkiotaqlılar təxminən 400-700 manata, üçotaqlılar isə təqribən 500 manatdan başlayaraq 800-1000 manata qədər təklif olunur. Yeni tikili binalarda isə qiymətlər kvadratmetrindən asılı olaraq formalaşır. Bir kvadratmetrin qiyməti təxminən 7 manatdan başlayaraq 12 manata qədər dəyişə bilir".

Ekspert söyləyib ki, metro stansiyalara yaxın ərazilərdə yerləşən mənzillər daha baha, şəhərətrafı yerlərdə isə nisbətən ucuzdur:

"Demək olar ki, qiymətlərin baha olduğu ərazilər metro yaxınlığında yerləşən mənzillərdir. Belə mənzillərin qiyməti digərlərindən fərqli olaraq təxminən 15-20% daha bahadır. Məsələn, metronun yaxınlığında birotaqlı mənzil 400 manatdırsa, bir qədər kənarda eynisini 300 manata da tapmaq olar. Paytaxtda kirayə mənzillərin baha olduğu rayonlara Səbail, Nərimanov və Nəsimi daxildir. Xətai, Sabunçu və Suraxanı rayonlarında isə kirayə mənzil qiymətləri nisbətən aşağıdır".

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə deyib ki, tədris ilinin başa çatması əvvəlki illərdə bazarda təklifin artmasına gətirib çıxarırdı. Onun sözlərinə görə, amma bu hal son illərdə, xüsusən pandemiyadan sonra müşahidə edilmir:

"Çünki növbəti tədris ilində Bakıda qalacaq tələbələr, demək olar ki, evləri boşaltmırlar, ev yiyəsi ilə hər hansı bir formada razılığa gəlirlər. Çünki iki aydan sonra yenidən ev axtardıqda tapmaq mümkün olmur. Bütün bunlara baxmayaraq, bu dövrlərdə az da olsa təklif artımını müşahidə edirik. Əvvəlki illərdə bu, qiymət azalmasına səbəb olurdu. Amma son illərdə bu müşahidə olunmur. Yəni qiymət azalması baş vermir. Çünki təklif portfelinin məhdudlaşması tendensiyası davam edir".

Ekspert vurğulayıb ki, hazırda kirayə mənzilə olan tələbat yüksək həddə çatıb, bununla yanaşı mənzil tapmaq çətinləşib:

"Bu səbəbdən də biz bu dövrdə də azalma müşahidə etmirik. Amma məsələ burasındadır ki, hər il payız mövsümünə doğru qiymətlərdə artım müşahidə olunur. Hesab edirəm ki, bu il də təqribən oxşar tendensiyanı müşahidə edəcəyik. Hər bir halda qısamüddətli bir dövrdür. İndidən qiymətlərin hansı səviyyədə dəyişəcəyini söyləmək çətindir. Şəhərsalma prosesi davam edir. Şəhər mərkəzinə yaxın olan ərazilərin söküntüsü baş verir. Belə olan halda hər gün yeni qərarların qəbul olunması nəticəsində, ola bilər ki, təklif portfelinin əsas hissəsini təşkil edən hansısa bir ərazinin söküntüsünə başlanılsın. Bu isə payız aylarına doğru qiymətləri daha çox artıra bilər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            498 08.07.24 12:05