Mojo.az Banner
21:37 Türkiyədə daşqınlar olacaq: Xəbərdarlıq edildi  |     21:29 "Facebook" və "Instagram"a limit qoyuldu  |     21:24 Hər xırda məsələyə əsəbiləşən BÜRCLƏR  |     21:16 Qocalmanı yavaşlatmaq üçün neçə saat yatmaq lazımdır?  |     21:11 Çin Rusiyadan müalicəvi palçıq almağa başlayacaq  |     21:02 Poliklinikalar birləşdirilir, narahatlıq artır  |     20:55 Problemli kreditlər 700 milyon manatı keçdi: Böhran təhlükəsi varmı?  |     20:50 Bakıya oxumağa gələn tələbələr ayda nə qədər pul xərcləyəcək?  |     20:44 Özbaşına tikintiyə mülkiyyət hüququ verilir? (AÇIQLAMA)  |     20:35 Dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadıldı  |     20:30 Evdən Mübariz Cəfərovun meyiti tapıldı  |     20:22 Azərbaycanda bələdiyyə sədri cərimələndi  |     20:17 Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi  |     20:09 28 yaşlı oğlan parkın qarşısında söyüş söydü - Həbs edildi  |     20:04 Polis axtarışda olan 135 nəfəri saxladı  |     19:56 Magistral yol üzərində ikinci körpünün inşası davam edir  |     19:50 Bakıda sürücü avtobusu qapısı açıq sürdü? - VİDEO  |     19:43 Ötən gün 2 avtomat silah, 6 tüfəng aşkarlandı  |     19:38 Füzulidə 12 yaşlı uşaq atdan yıxılıb öldü  |     19:30 Şəxsi avtomobillərini saxlamaq üçün yerləri zəncirlədilər - VİDEO  |    
Left Banner
Right Banner

İlham Əliyev Kir Starmeri Böyük Britaniyanın baş naziri təyin edilməsi münasibətlə təbrik edib

06.07.2024 13:34 1 605
İlham Əliyev Kir Starmeri Böyük Britaniyanın baş naziri təyin edilməsi münasibətlə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmeri təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:

"Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Birləşmiş Krallıq arasında ənənəvi dostluq və çoxşaxəli əməkdaşlıq münasibətləri bizim üçün xüsusi əhəmiyyət kəsb edir.

Enerji sektorunda uzunmüddətli və səmərəli birgə fəaliyyətimiz qlobal enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verir. Eyni zamanda, bərpaolunan enerji mənbələri, yaşıl enerjiyə keçid və dekarbonizasiya məsələləri bu gün Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli tərəfdaşlıq gündəliyində aparıcı yer tutur. Bu baxımdan yaxın və etibarlı tərəfdaşımız olan bp ilə təmiz enerjiyə keçid sahəsində uğurlu işbirliyimizi xüsusi qeyd etmək istərdim. Azərbaycanın cari ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 çərçivəsində də əməkdaşlığımızın davam etdiriləcəyinə dair inamımı ifadə edirəm.

Ölkəmizin işğaldan azad edilmiş ərazilərində minaların təmizlənməsi işinə Birləşmiş Krallığın verdiyi töhfəni yüksək qiymətləndiririk.

Əminəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi, əməkdaşlığımızın daha da inkişaf edərək yeni səviyyəyə qaldırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".скачать dle 11.3
Mojo.az Banner