Mojo.az Banner
19:08 Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq  |     18:54 Ağcabədidə ağır QƏZA: İki qardaş öldü  |     18:39 İngiltərə-İspaniya oyununu bu kanal yayımlayacaq  |     18:19 Formula 1-dən kim qazanır? – Bakıda ən çox gəlir götürən sahələr AÇIQLANDI  |     18:15 Afinada yaşayış binasında güclü partlayış: ölənlər var  |     18:13 Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts  |     17:48 Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı  |     17:39 Mbappenin son vəziyyəti açıqlandı  |     17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |     17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyə Ordusu İzmirdə yanğının söndürülməsinə beş helikopter ayırıb

29.06.2024 21:54 1 449
Türkiyə Ordusu İzmirdə yanğının söndürülməsinə beş helikopter ayırıb
Türkiyənin Müdafiə Nazirliyi ölkənin qərbində İzmir vilayətinin Menderes rayonunda baş verən meşə yanğınının söndürülməsinə kömək etmək üçün təyyarələr ayırıb.

Bu barədə nazirlik “X” sosial şəbəkəsində məlumat yayıb.

“İzmirdə yanğınsöndürmə işlərinə dəstək olmaq üçün Türkiyə Silahlı Qüvvələrinə məxsus 3 ədəd “Cougar” helikopteri və iki ədəd “CH-47” helikopteri cəlb edilib”, - deyə məlumatda bildirilir.

Məlumata görə, yanğın Bakı vaxtı ilə saat 14:00 radələrində Menderes rayonunda Qaracadağ meşə massivində baş verib. İzmir Regional Meşə Təsərrüfatı İdarəsi yanğının yayılmasının qarşısını almaq üçün səy göstərir.

Yanğının söndürülməsində idarənin 4 təyyarəsi, 8 helikopteri, 25 su tankeri, buldozer və onlarla yanğınsöndürən iştirak edir. Ehtiyat tədbiri olaraq yanğın zonasına yaxın kənddə yerləşən bir neçə yaşayış binası təxliyə edilib.скачать dle 11.3
Mojo.az Banner