Mojo.az Banner
18:39 İngiltərə-İspaniya oyununu bu kanal yayımlayacaq  |     18:19 Formula 1-dən kim qazanır? – Bakıda ən çox gəlir götürən sahələr AÇIQLANDI  |     18:15 Afinada yaşayış binasında güclü partlayış: ölənlər var  |     18:13 Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts  |     17:48 Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı  |     17:39 Mbappenin son vəziyyəti açıqlandı  |     17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |     17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |    
Mojo.az Avto
Mojo.az Avto

İranda keçirilən prezident seçkisindən antirekord

29.06.2024 16:31 1 353
İranda keçirilən prezident seçkisindən antirekord
İranda keçirilən 14-cü prezident seçkilərində seçici fəallığı 40 faiz olub.

Bununla bağlı İran Daxili İşlər Nazirliyinin Seçki Mərkəzinin sözçüsü Muhsin İslami məlumat verib.

İslami nazirlik binasındakı seçki mərkəzində keçirdiyi mətbuat konfransında seçkidə iştirak nisbətini açıqlayıb.

Onun sözlərinə görə, ölkə üzrə təxminən 62 milyon seçici üçün 59 min mərkəzdə qurulan seçki qutularında cəmi 24 milyon 535 min 185 səsdən istifadə edilib və bununla da iştirak nisbəti 40 faiz təşkil edib.

Buna baxmayaraq, Daxili İşlər Nazirliyinin açıqlamasına görə, Tehran və Qumda son prezident seçkisi ilə müqayisədə iştirak nisbətlərində artım müşahidə olunub.

Xatırladaq ki, 2021-ci il iyunun 18-də ölkədə keçirilən seçki həmin tarixə qədər ən az seçici fəallığının müşahidə olunduğu prezident seçkisi olub və iştirak səviyyəsi 48,8 faiz təşkil edib.

Mənbə: Haber Globalскачать dle 11.3
Mojo.az Banner