Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Həkimdən AÇIQLAMA: "15-17 yaşlı hamilələri doğuşa buraxmaq olmaz"

24.06.2024 16:44 1 179
Həkimdən AÇIQLAMA:
Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə "Sağlam ailə modeli və nikah hüququ" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı son 10 ildə Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayının artdığını və ana ölümlərinin statistikasını təhlil edərkən, qadınların daha çox ikinci və üçüncü hamiləlik nəticəsində doğuş zamanı dünyasını dəyişdiyini bildirib.

Mövzu ilə bağlı Demokrat.az-a danışan ali dərəcəli həkim, ginekoloq Səkinəxanım İsmayılova bildirib ki, erkən nikah və erkən hamiləlik qadın bədəni üçün həddən artıq çox fəsadlar törədir.

Səkinəxanım İsmayılova vurğulayıb ki, 15-17 yaşlı orqanizm hələ mükəmməlləşməyib, möhkəmlənməyib və bir həkim kimi erkən yaşda evlənməyi düzgün hesab etmirəm:

"Adətən, 15-17 yaşında olan hamilələri heç vaxt doğuşa buraxmaq olmaz. Çünki onlar hələ buna hazır deyil. Çünki orqanizmin özü hələ yetişkənlik dövrünə çatmayıb. Ona görə də erkən yaşda hamilə pasiyent ilə qarşılaşdıqda onları ancaq qeysəriyyə əməliyyatı etmək lazımdır".

Həkimin sözlərinə görə, gələcəkdə irsi xəstəliklərlə üz-üzə qalmamağımız üçün qohum evliliyini məhdudlaşdırmalıyıq:

"Bundan başqa, qohum evliliyi də çox böyük fəsadlar verir. Qohumla evlilik zamanı immunitetdə, bədəndə bir patoloji hal varsa, bu uşağa keçir. Ümumiyyətlə, evlilikdən əvvəl bütün analizlər verilməlidir. İrsi xəstəliklər, qan qrupunun uyğun olub-olmaması mütləq şəkildə yoxlanılmalıdır ki, gələcəkdə problem ilə üz-üzə qalmayaq. Pasiyentlərimdə qohum evliliyi zamanı baş verən problemlərlə dəfələrdə rastlaşmışam. Bir xəstəm vardı, 3 uşağı bətnində inkişafdan qalmışdı. 4-cü hamiləliyində 7 aylığında gəlmişdi. Doğumuna az qalmışdı. Doğuşdan 24 saat sonra körpə həyatını itirdi. Körpədən götürülən analizlər nəticəsində onda irsi xəstəlik olduğu üzə çıxdı. Daha sonra məlum oldu ki, həmin qadın öz qohumu ilə evlənmişdi. Buna görə də, qohum evliliyinin tamamilə əksinəyəm".скачать dle 11.3

Son xəbərlər