Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq |
Mojo.az Avto
Mojo.az Avto

Yeni diş çıxardan dərmanın sınağına başlanıldı

21.06.2024 15:39 1 452
Yeni diş çıxardan dərmanın sınağına başlanıldı
Yapon alimlər insan çənəsində yeni təbii dişlər çıxardan dərmanın sınaqlarına başlayıblar.

Onlar 2021-ci ildən bu dərmanın üzərində işləyirlər və bu il dərmanın insanlar üzərində test edilməsi üçün rəsmi icazənin alınmasına nail ola biliblər.

Dərman haqda açıqlama verən mütəxəssislər bildirib ki, preparat sümük böyüməsinə maneə törədən molekulları (gen-1 (USAG-1) zülalı) deaktiv edir. USAG-1 zülalının digər zülallarla əlaqəsini dayandıran dərman morfogenetik sümük zülalına (BMP) təsir edərək yeni sümüklərin və dişlərin əmələ gələrək böyüməsinə səbəb olur.
 
Heyvanlar üzərində aparılan testlərin uğurlu olduğu bildirilir.

Araşdırma heyətinin başçısı molekulyar bioloq və diş həkimi Katsu Takahashi insanlar üzərində testlərə sentyabr ayında başlayacaqlarını bildirib. O, 20 ildir dişlərin bərpası üzərində işləyir. Hər şey yaxşı getsə, 2030-cu ilə qədər dərmanın kütləvi istehsalına başlanılacaq.

Son xəbərlər