Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Qarabağ Universiteti müəllim axtarır: İyulun 7-dək vaxt var

21.06.2024 12:43 1 818
Qarabağ Universiteti müəllim axtarır: İyulun 7-dək vaxt var
Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunub.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Qarabağ Universitetində musiqişünaslıq, piano, violin, klarnet, saksofon, tar, kamança, saz, qanun, balaban, nağara, qarmon alətləri; xanəndəlik, rəsm, rəngkarlıq, sənətşünaslıq və milli vokal istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib. Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə "_ (istiqamət üzrə) müəllim" yazmaqla karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə son müraciət tarixi iyulun 7-dir.

Son xəbərlər