Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Rəsmi Moskvanı Ruben Vardanyanın taleyi maraqlandırmır

19.06.2024 22:38 1 017
Rəsmi Moskvanı Ruben Vardanyanın taleyi maraqlandırmır
Rəsmi Moskvanı Qarabağdakı keçmiş qondarma qurumun "dövlət naziri” Ruben Vardanyanın taleyi maraqlandırmır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu gün keçirdiyi brifinqdə erməni jurnalistin güya Vardanyanın Azərbaycan həbsxanasında "fiziki işgəncələrə” məruz qalması ilə bağlı və ümumiyyətlə, Vardanyan mövzunun Bakı ilə Moskva arasında təmaslarda qaldırılıb-qaldırılmaması ilə bağlı sualına cavabından aydın olur.

"Sizin suala sualla cavab vermək istərdim. Bəlkə siz bilirsiz, mən görməmişəm, Ruben Vardanyanın Azərbaycan həbsxanasında olması məsələsi Bakı-İrəvan təmaslarında qaldırılırmı? Əgər siz mənə bu informasiyanı təqdim etsəz, mənə elə gəlir ki, bu haqda bilmək maraqlı və faydalı olar. Bir daha xatırladıram ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxıb. O, bunu açıq edib, bu, heç kəsə sirr, gizli məlumat deyil. Ona görə də, bu cür sualı Bakı və İrəvana ünvanlamaq lazımdır”, deyə Rusiya XİN sözüçsü vurğulayıb.

Son xəbərlər