Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan-Ermənistan sərhədinə tikanlı məftillər çəkilib - VİDEO

17.06.2024 22:27 771
Azərbaycan-Ermənistan sərhədinə tikanlı məftillər çəkilib - VİDEO
Azərbaycan və Ermənistan arasında aparılmış delimitasiya işləri nəticəsində müəyyən edilən sərhəd xəttinə tikanlı məftillər çəkilib.

"Qafqazinfo”nun "Sputnik Ermənistan”a istinadən məlumatına görə, bu barədə sakinlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.

Çakaten kəndinin sakinlərinə məşğuliyyətləri ilə bağlı sual ünvanlayan Paşinyan daha sonra onlara sərhədlərlə bağlı danışıb. O qeyd edib ki, bundan sonra əhalinin mal-qarası sərhəddən digər tərəfə keçə bilməz. Belə ki, sözügedən sərhəd dirəklərinə artıq tikanlı məftillər quraşdırılıb.

"Onsuz da indiyə qədər də keçə bilməzdilər, çünki orada sərhədçilər xidmət aparır”, deyə Paşinyan əlavə edib.

Qeyd edək ki, mayın 24-ü aparılan delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycanın Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.скачать dle 11.3

Son xəbərlər