Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Samuxda məktəb direktoru şagirdlərlə birgə "oğru aləmi"ni tərənnüm edən mahnı ifa etdi? - AÇIQLAMA (VİDEO)

15.06.2024 14:16 1 782
Samuxda məktəb direktoru şagirdlərlə birgə
Samux rayonunda keçirilən "Son zəng" tədbirində kriminal həyat tərzini təbliğ edən ara mahnısı səsləndirilib, mahnı şagirdlər tərəfindən ifa olunub.

Bununla bağlı görüntülər oxu.az-ın redaksiyasına göndərilib.

Görüntülərdə Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru Gülsəba Abbasovanın şagirdlərlə birlikdə sözügedən mahnını müşayiət etdiyi iddia olunur.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

Qurumdan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəb rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürüləcək:

"Dünən ümumtəhsil müəssisələrində "Son zəng" tədbirləri keçirilib. Məktəblərə bu tədbirlərin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərilib. Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunur. Agentlik tərəfindən bu hallarla bağlı müvafiq araşdırmalar aparılacaq. Məktəb rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürüləcək".

Həmin görüntüləri təqdim edirik:скачать dle 11.3



Mojo.az Banner