Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xankəndidən qaçan Şahramanyan Qarabağ haqda gizlədilən sirri açıqladı - İLK DƏFƏ

14.06.2024 20:53 891
Xankəndidən qaçan Şahramanyan Qarabağ haqda gizlədilən sirri açıqladı - İLK DƏFƏ
Xankəndidən Ermənistana qaçan keçmiş separatçı rejimin sonuncu "başçısı” Samvel Şahramanyan keşiş Baqrat Qalstyanın revanşistlərdən ibarət dəstəsinə qoşulub və Nikol Paşinyanı ittiham edib.

Publika.az xəbər verir ki, Şahramanyan müxalifətin etiraz aksiyasına polis müdaxiləsini pisləyib. Qeyd edib ki, yaxın dövrdə Qarabağda baş verənlərlə bağlı ictimaiyyətə hər şeyi açıqlayacaq və camaat həqiqəti öyrənəcək.

"Bizi milyardlarla dollar dəyərində silahı atıb gəlməkdə ittiham edirlər. Halbuki, Paşinyan silahların kimin balansında olduğunu və buna görə kimin məsuliyyət daşıdığını yaxşı bilir. Qarabağdakı ordu (separatçıların terrorçu dəstələri-red) son günə qədər Ermənistan hökumətinə tabe olub və Ermənistan Müdafiə Nazirliyinin ərazi bölməsi kimi fəaliyyət göstərib”, - o deyib.

Şahramanyan iddia edib ki, onlar üçün Qarabağ səhifəsi bağlanmayıb.

Qeyd edək ki, Ermənistan işğalın davam etdiyi 30 ilə yaxın dövrdə Qarabağdakı terrorçu dəstələri "özünümüdafiə ordusu” adlandırmaqla, bu dəstələri idarə etdiyi faktını təkzib etməyə çalışıb. Şahramanyanın etirafı isə rəsmi İrəvanın yalanını bir daha ifşa edir. Bu, separatçı liderlər tərəfindən açıqlanan ilk etirafdır.скачать dle 11.3
Mojo.az Banner