Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Kələntərovun zabit oğlunun həbsinin DETALLARI

14.06.2024 15:10 1 752
Kələntərovun zabit oğlunun həbsinin DETALLARI
Müdafiə Nazirliyinin Quru Qoşunlarının İnspeksiya İdarəsinin rəisi polkovnik Saleh Kələntərovun hərbçi oğlu Rəşid Kələntərov həbs edilib.

"Qafqazinfo" R.Kələntərovun cinayət işinin detallarını əldə edib.

İstintaqla ilkin olaraq müəyyən edilib ki, "kapitan" rütbəsi ilə xidmət etmiş Rəşid Kələntərov nüfuzundan və yaxşı əlaqələrindən sui-istifadə edərək hərbi qulluqçuların birdəfəlik xidmət yerinin müəyyən edilməsi və digər məsələlərin həlli üçün ümumilikdə 11 min manat rüşvət alıb. Həmin məbləğin 5 min manatını isə dələduzluq yolu ilə ələ keçirib.

Kələntərov bir neçə ay əvvəl istintaqa cəlb edilib. Bu yaxınlarda ona rüşvət alma və dələduzluq maddələri ilə təkrar ittiham elan edilib, ötən gün isə Bakı Hərbi Məhkəməsinin hakimi Fikrət Əliyevin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

İş üzrə istintaq davam edir. İstintaq müddətində ilkin ittihamın həcmi azaldıla və ya genişləndirilə bilər.

R.Kələntərov haqda əldə etdiyimiz başqa bir məlumata görə, onun xidmətə qarşı münasibəti mənfi olub. Xidmətdə yol verdiyi intizamsızlığa görə bir neçə dəfə cəzalandırılıb. Hazırda da üzərində intizam cəzası var.

Onu da qeyd edək ki, ilkin məlumatda R.Kələntərovun atası Saleh Kələntərovun vəzifəsindən azad edildiyi bildirilsə də, onun hazırda xidmətini davam etdirdiyi məlum olub.скачать dle 11.3
Mojo.az Banner