Mojo.az Banner
22:40 Tanışlarının telefonunu satıb pulunu xərclədi, dələduzluğa görə məhkum edildi  |     22:33 Rotavirus uşaqlar üçün niyə təhlükəlidir? - Həkimlərdən xəbərdarlıq  |     22:28 İnterpol və 13 ölkədən birgə əməliyyat: 200-dən çox haker saxlanılıb  |     22:20 Bir gündə 116 mm yağıntı: Normadan artıq yağışların səbəbi nədir?  |     22:15 Azərbaycanda "halal" şirkətlərin milyonlarla borcu var  |     22:09 Kənd yumurtası bahalaşıb? (AÇIQLAMA)  |     22:01 Yeni kollektiv saziş: Sənəd əməkhaqqılarına necə təsir edəcək? (Video)  |     21:55 Keyfiyyətli yuxunun sirri - Elmi nəticə  |     21:38 Daha iki qrup zəvvar həcc ziyarətinə yola salındı  |     21:31 Gürcüstanın baş naziri: "Bakıda imzalanan sazişlər strateji tərəfdaşlığın daha da güclənməsinə töhfə verəcək"  |     21:26 Araz çəkildi, insan sümükləri üzə çıxdı - VİDEO  |     21:18 Sabah yollar dumanlı olacaq  |     21:13 Dondurulmuş məhsullar qida dəyərini itirir? - Video  |     21:05 Şakira məhkəmədə bəraət qazandı  |     21:00 Sabah 25° isti olacaq  |     20:52 Azad edilmiş ərazilərdə daha 57 mina aşkarlandı  |     20:47 "6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır" - Video  |     20:39 Yaralı əsgərlər bioloji silaha çevrilə bilərmi?  |     20:34 "Barselona"ya keçidinə görə üzr istədi  |     20:26 Azərbaycanın Ermənistana builki ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb  |    
Left Banner
Right Banner

"Atamı anamla bibim əlbir olaraq öldürüb" - İDDİA

12.06.2024 13:05 777

Masallı rayon Çaxırlı kənd sakini Şahnami Xiləlzadə atasından ona qalmış 300 hektara yaxın taxıl sahəsinin başqa şəxslər tərəfindən ələ keçirildiyini iddia edir.

"Qafqazinfo"ya müraciət edən Ş.Xiləlzadə əkin sahələrinin anası və bibisi tərəfindən ələ keçirildiyini, onların əlbir olaraq ona tələ qurduğunu deyib.

Şikayətçi iddia edib ki, ötən ilin dekabrında atası Taleh Əkbərov müəmmalı şəkildə ölüb. Hər şey də bundan sonra başlayıb:

"Ötən ilin 6 dekabr tarixində gecə saatlarında kiçik bibim Şəhla Abdullayeva mənə dəfələrlə zəng edərək evinə çağırdı, ailəmlə birgə məni qonaq çağırdı. Yoldaşım, uşaqlarımla birgə onlara getdik. 30-40 dəqiqə keçmişdi ki, atamın telefonundan mənə zəng gəldi. Anam atamın telefonu ilə zəng edərək dedi ki, tez evə qayıt, atana iynə vurdum, atan öldü. Ayaqyalın halda qaça-qaça evə qayıtdım, çatanda gördüm ki, atam artıq keçinib. Atamın nəşini xəstəxanaya apardım, amma başda kiçik bibim Cəvahir olmaqla meyiti yarmağa, ekspertiza keçirərək ölüm səbəbini öyrənməyə imkan vermədilər".

Şahnami Xiləlzadə iddia edib ki, atasını anası Şəhla Əkbərova bibisi Cəvahirlə əlbir olaraq qəsdən iynə vuraraq qətlə yetirib:

"Atam kənd sakinlərinə məxsus olan pay torpaqlarını onlarla icarə müqaviləsi imzalayaraq almışdı. Təxminən 300 hektar ərazidir və bu ərazilərdə taxıl əkib. Atamın vəfatından təxminən 2 ay sonra mənə məlum oldu ki, atam qəsdən öldürülüb. Bu işdə Cəvahir bibimin xüsusi marağı olub. Məqsəd də atamın var-dövlətini, əkin sahələrini ələ keçirmək olub. Bibim və anam əlbir olaraq atamla mənim birgə götürərək əkdiyimiz sahələri ələ keçirərək biçdiriblər. Bütün taxılları da bibimin və digər şəxslərin həyətlərinə yığaraq oradan satdırırlar. Mən isə dövlət şirkətindən lizinq yolu ilə kombayn götürmüşəm, onun kreditini verməliyəm, min əziyyətlə əkdiyim sahələri biçməliyəm. Amma imkan vermirlər. Hər dəfə məndən polisə şikayət edirlər. İşləməyə imkan vermirlər. Rəhmətlik atamla əkdiyim sahələrə də buraxmırlar. İcarəyə götürüb əkdiyimiz sahələri özümüz biçək. Bibimlə anam hamısını ələ keçirib".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, vətəndaş Ş.Xiləlzadənin qohumları ilə aralarında olan mübahisəsi ilə bağlı Masallı Rayon Polis Şöbəsinə şikayəti daxil olub:

"Hadisə ilə bağlı təhqiqat araşdırması aparılıb və qərar qəbul edilib. Bundan əlavə, qarşı tərəfin müraciəti əsasında da hazırda araşdırmalar davam etdirilir. Polis əməkdaşlarının həmin məsələni araşdırmaması ilə bağlı səsləndirilən iddialar isə həqiqəti əks etdirmir və heç bir əsası yoxdur".

Tərəflər arasında mülkiyyət mübahisəsi ilə bağlı məhkəməyə artıq müraciət daxil olub və yaxın günlərdə məhkəmə çəkişməsi başlayacaq.
скачать dle 11.3
Mojo.az Banner