Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

AK Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq üçün müsbət qiymətləndirmə təqdim edib

07.06.2024 20:35 1 086
AK Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq üçün müsbət qiymətləndirmə təqdim edib
Avropa Komissiyası Avropa İttifaqına üzv dövlətlərin səfirlərinə Ukrayna və Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq üçün zəruri olan tələblərə əməl etmələrinin müsbət qiymətləndirilməsini təqdim edib.

Median.Az 
APA-ya istinadən xəbər verir ki, bu barədə "Interfax-Ukraine” agentliyi Daimi Nümayəndələr Komitəsinin (COREPER) iclasının nəticələri ilə tanış olan yüksək səviyyəli diplomata istinadən bildirib.

Diplomatik mənbənin sözlərinə görə, Avropa Komissiyası həm Ukrayna, həm də Moldovanın danışıqlara başlamaq üçün lazım olan bütün addımları tam yerinə yetirdiyini təsdiqləyib.

Eyni zamanda, yüksək səviyyəli diplomat bunun ardınca üzv dövlətlərlə müzakirələrin aparılacağını açıqlayıb. O, həmçinin milli azlıqlar məsələsinin həll olunmadığını əsas gətirərək, Macarıstanın danışıqlara başlamaq qərarına qarşı çıxacağını istisna etməyib.

Moldova mətbuatı isə yazıb ki, danışıqlara başlamaq tövsiyəsinin rəsmi bəyanata daxil edilməsi ilə bağlı yekun qərar gələn çərşənbə günü Aİ-yə üzv ölkələrin səfirləri tərəfindən qəbul ediləcək. İyunun 27-28-də keçiriləcək sammitdə isə Aİ liderləri üzvlük danışıqları ilə bağlı rəsmi qərar verəcəklər.скачать dle 11.3
Mojo.az Banner