Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

İnterpol xətti ilə tutulan şəxsə Azərbaycanda hökm oxundu

07.06.2024 12:03 954
İnterpol xətti ilə tutulan şəxsə Azərbaycanda hökm oxundu
İnterpol xətti ilə tutularaq Azərbaycana təhvil verilən Həbib Kaltayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, H.Kaltayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, H.Kaltayevin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılıb. O, Cinayət Məcəlləsinin 283-1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma) maddəsi ilə ittiham olunub.

Kaltayev 2015-ci ildə idarə etdiyi VAZ-2104 markalı avtomobillə ağır qəza törədib, həmin qəzada iki nəfər həyatını itirib. Bu hadisəyə görə ona yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Həbsdən azad edildikdən sonra H.Kaltayev ölkədən çıxaraq Suriyadakı silahlı birləşmələrə qoşulub. H.Kaltayevin dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında Azərbaycanın hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə, eləcə də bu məqsədlə keçirilən döyüş təlimlərində iştirak etməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan gizləndiyinə görə beynəlxalq axtarışa verilmişdi.скачать dle 11.3
Mojo.az Banner