Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi | 20:47 Azərbaycan məhsulları ixrac bazarlarında fitosanitar tələblərə uyğunluğu ilə seçilir | 20:40 Bu xəstələr üçün endokrinoloq qəbulunda olma vaxtları dəyişdi | 20:35 Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib | 20:27 GTA 6 asılılığının əsas əlamətləri | 20:22 Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı | 20:14 Məhkəmə eksperti olmaq istəyənlərə yeni tələb qoyulur | 20:09 Sakinlər “İron İnşaat” şirkətindən narazıdır | 20:01 Kaliforniyada təyyarə qəzası olub - Ölənlər var | 19:56 Rabitə və internet xidmətlərinin keyfiyyəti ilə bağlı yeni tələblər | 19:50 3-cü sinif şagirdi vəfat etdi | 19:42 Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq | 19:37 Baydenin bu görüntüsü diqqət çəkdi | 19:30 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı | 19:24 "Şahzadə Mustafa" Bakıya gələcək | 19:15 “Yer elə materialdandır ki, ayaq qoyan kimi sürüşür” – Piyada keçidindən ŞİKAYƏT | 19:10 İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var | 19:03 Hacıqabuldakı ölümün kanalizasiya quyusu ilə əlaqələndirilməsi yanlışdır - ADSEA | 18:57 İspaniya nəhəngi ilə qarşılaşma öncəsi "Sabah"ın futbolçusundan açıqlama | 18:43 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? |
Mojo.az Avto
Mojo.az Avto

Yeni pandemiya qapıda: İlk yoluxma qeydə alındı

06.06.2024 11:54 1 089
Yeni pandemiya qapıda: İlk yoluxma qeydə alındı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada ilk dəfə insanda quş qripi A(H5N2) virusuna yoluxma halının qeydə alındığını bildirib.

Məlumata görə, hadisə Meksikada baş verib.

Qeyd olunub ki, Meksikanın hakimiyyət orqanları ÜST-yə Meksika ştatının sakinində aşkar edilmiş quş qripi A(H5N2) virusu ilə bağlı məlumat verib.

Bu, dünyada A(H5N2) qripi virusuna insan yoluxması ilə bağlı laboratoriya tərəfindən təsdiqlənmiş ilk hadisədir.

Qeyd olunub ki, virusun mənbəyi məlum deyil və hazırda bununla bağlı araşdırma aparılır. Mövcud məlumatlara əsasən, ÜST bu virusdan ümumi əhali üçün mövcud riski aşağı kimi qiymətləndirir.

Söhbət ev quşları və digər heyvanlarla heç bir əlaqəsi olmayan 59 yaşlı Meksika ştatının sakinindən gedir. Aprelin 17-də xəstədə hərarət, təngnəfəslik, ishal, ürəkbulanma, ümumi halsızlıq yaranıb. Aprelin 24-də xəstə həkimə müraciət edib, o, Tənəffüs Yolları Xəstəlikləri İnstitutuna yerləşdirilib. Aparılan müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bundan əvvəl də insanların A(H5N1), A(H5N6) və A(H5N8) viruslarına yoluxması barədə məlumat verilib. Lakin bəhs olunan hallar rəsmi olaraq laboratoriya tərəfindən təsdiq edilməyib.

Mənbə: Reuters

Son xəbərlər