Mojo.az Banner
22:58 Məhərrəmlik başa çatdı - Toylar başladı  |     22:56 Bu bürclər iş təklifi alacaq  |     22:51 Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA  |     22:42 Nardaranda BƏDBƏXT HADİSƏ: Uşağın ayağı su nasosunda qaldı  |     22:37 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     22:31 60 yaşdan sonra bu əlamətlərə diqqət yetirin: Nəfəs darlığı, ayaqlarda şişkinlik...  |     22:26 Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? (RƏSMİ)  |     22:18 Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi  |     22:10 “iPhone 18”-in təqdimat tarixi dəyişir  |     22:02 İsti havalarda ehtiyatlı olun!  |     21:57 Tramp administrasiyası 400 milyon dollarlıq Ağ Ev layihəsi üçün Ali Məhkəməyə üz tutdu  |     21:47 FHN Azərbaycanda baş verən zəlzələ ilə bağlı MƏLUMAT YAYDI  |     21:40 Peşə təhsili müəssisələrinə qəbulun cavabları açıqlandı  |     21:35 Qubada zəlzələ oldu  |     21:26 Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı açıqlandı  |     21:21 Daha bir qatar relsdən çıxdı - Son sutkada ikinci hadisə  |     21:15 Premyer Liqada yeni mövsümün ilk qolu vuruldu  |     21:09 “Az qaldı uşağımı sel apara, niyə kömək etmirlər?” - Video  |     20:59 Bakıda 34 yaşlı kişi küçədə öldü  |     20:54 Bakıda axund cərimələndi - Səbəb  |    
Left Banner
Right Banner

Özəl klinikadan yenidoğulmuşun müalicə edilməməsi iddialarına CAVAB

05.06.2024 20:06 741
Özəl klinikadan yenidoğulmuşun müalicə edilməməsi iddialarına CAVAB
İnternational Medical Center 1"dən şikayət edən vətəndaş Cavad Abdullayevin fikirlərinə xəstəxana münasibət bildirib.

Oxu.Az-a açıqlamasında klinikasının Pediatriya və neonatologiya şöbəsinin müdiri həkim Vəfa Hacıyeva bildirib ki, yenidoğulmuşda tənəffüs yetməzliyi əlamətləri müşahidə olunub. Buna uyğun müalicə və müayinələr aparılıb:

"Mayın 7-də saat 01:30-da Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu 183 ünvanında yerləşən "İnternational Medical Centre 1" klinikasında çəkisi 3350 qram ilə körpə doğulub. Yenidoğulmuşda tənəffüs yetməzliyi əlamətləri müşahidə olunub. Rentgen və laborator müayinələrin nəticəsinə uyğun olaraq yenidoğulmuş süni tənəffüs aparatına (STA) bağlanıb. Ağciyərləri açmaq məqsədilə "Kurasurf" vurulub, exokardioqram (EKQ) olunub, yenidoğulmuşa ikili inotrop dəstək (dopamin, adrenalin) müalicəsi başlanılıb. Yenidoğulmuşda infeksion göstəricilər çox yüksək yəni - CRP-50, prokolsitonin - 35.22, hemostaz dəyərləri - APTZ-62, İNR-1.63 olub. Aparılan müalicənin davam etdirilməsinin vacibliyi xəstə yaxınlarına bildirilib. Lakin maddi durumla əlaqədar olaraq yenidoğulmuşun valideynləri müalicənin dövlət tibb müəssisəsində davam etdirəcəklərini bildiriblər. Buna görə də yenidoğulmuş mayın 10-da saat 13:40-da Elmi Tədqiqat Pediatriya İnstitutuna (ETPİ) göndərilib".

Həkim körpənin köçürülmə prosesinin gecikmə səbəbinə də aydınlıq gətirib:

"Yenidoğulmuşun transport prosesinin gecikmə səbəbi isə reanimasiyon vəziyyətinin ağırlığı səbəbindən ETPİ tərəfindən köçürülməyə uyğun olmaması kimi qiymətləndirilməsi olub. Lakin "İnternational Medical Centre 1" klinikasının rəhbərliyi ilə valideynlərin görüşü zamanı valideynlərə bildirilmişdir ki, maliyyə vəziyyətindən asılı olmayaraq, ETPİ-yə transport olunana qədər yenidoğulmuşun müalicəsi tam formada aparılıb. Aparılan müalicə fonunda yenidoğulmuşun vəziyyəti stabilləşdiyindən, mayın 10-da körpə ETPİ-yə yerləşdirilib".

Vəfa Hacıyeva ödənişlə bağlı məsələyə də münasibət bildirib:

"Valideynlərin dediyi kimi, uşağa heç bir müalicə olunmadan ödəniş alınıbsa, o zaman yenidoğulmuşun reanimasiyon vəziyyətinin stabilləşməsi müşahidə olunmazdı. Həmçinin yenidoğulmuşun sağlam doğulduğu halda ödəniş almaq məqsədilə reanimasiyaya yerləşdirilməsi iddialarına cavab olaraq deyə bilərəm ki, körpə hazırda da ETPİ-də stasionar şəraitdə müalicə alır. Bu hal yenidoğulmuşun doğulduğu vaxtda "İnternational Medical Centre 1" klinikasının həkimləri tərəfindən qoyulmuş diaqnozları təsdiq edir. Bütün bu halları nəzərə alaraq "İnternational Medical Centre 1" klinikası və həmin klinikanın həkimləri və əməkdaşları barədə deyilənləri təkzib edirəm".

Xatırladaq ki, vətəndaş Cavad Abdullayev "İnternational Medical Center 1"də yenidoğulmuş körpəsinin ağciyərinin açılması üçün 1 200 manat dəyərində iynənin vurulduğuna dair şikayət etmişdi. Bundan başqa, körpəsinə zəruri müalicələrin edilməməsi ilə bağlı iradını bildirərək, ümumilikdə iki gün ərzində həmin xəstəxanaya 4 400 manat məbləğində ödəniş etdiyini bildirmişdi.скачать dle 11.3
Mojo.az Banner