Mojo.az Banner
20:49 Deputat sənədsiz evlərdən danışdı  |     20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |     20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |     20:31 İran səfiri Gürcüstan XİN-ə çağırılıb  |     20:24 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb  |     20:13 Erkən evliliklə bağlı yeni qərar  |     20:04 Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı  |     19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |     18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |     18:38 Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ  |     18:05 Həkimi döydü, xadimənin sümüyünü sındırdı  |     17:50 Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA  |     17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |     17:18 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

"Google" gizli şəkildə istifadəçiləri izləyirmiş

05.06.2024 12:00 780
"Google" bir neçə ildir ki, istifadəçilərin şəxsi məlumatlarını toplayıb və hətta uşaqların səsini də qeydə alıb.

Bu barədə "Google"un daxili məlumat bazasına istinadən məlumat verilir.

Bu bazada təqdim olunan məlumatlara əsasən, 2013-cü ildən 2018-ci ilə qədər "Google"un əməkdaşları minlərlə istifadəçilərin şəxsi məlumatlarının saxlanması və istifadəsi hallarını qeydə alıblar. Məsələn, bu hallardan biri istifadəçilərin xəbəri olmadan onların elektron məktublarının saxlanılması ilə bağlı olub.

Bundan əlavə, sənədlərdə "Waze" istifadəçilərinin ünvanlarının açıqlanması, silinmiş baxış tarixçəsi əsasında "YouTube"da tövsiyələrin göstərilməsi və "Socratic" tədris proqramında bir milyondan çox istifadəçinin (o cümlədən uşaqların) elektron poçt ünvanlarının açıqlanması qeyd olunur.

"Google"un nümayəndəsi bəzi məlumatları təsdiqləyib, lakin hesabatların altı il əvvəl tərtib edildiyi üçün köhnəldiyini bildirib.

Xatırladaq ki, dörd il əvvəl ABŞ-də "Google"un baş şirkəti "Alphabet Inc"ə qarşı iddia qaldırılmışdı. Korporasiya, hətta icazə verilmədikdə belə, müxtəlif proqramların istifadəçiləri izləməsində ittiham olunub. Məlumatların toplanması, hətta brauzerdə "İnkoqnito" rejimi aktiv olduqda belə həyata keçirilib.

Mənbə: 404 Mediaскачать dle 11.3
Mojo.az Banner