Mojo.az Banner
22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |     20:46 Sentyabrda pomidor niyə bahadır? – Ekspert səbəbləri açıqladı  |     20:41 Çində ilk plastik yol inşa edildi: Asfaltına nə əlavə olunub?  |     20:33 Azərbaycan millisinin Tacikistanla oyununun hakimləri bəlli oldu  |     20:27 Azərbaycanda icra başçısı olmayan rayonların sayı 6-ya çatdı  |     20:21 Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb  |     20:16 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     20:08 Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlandı - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

Google istifadəçilərin danışıqlarını dinləyir

06.07.2021 23:54 936
Google istifadəçilərin danışıqlarını dinləyir
India Today nəşriyyatının verdiyi məlumata əsasən Google təmsilçiləri şirkət əməkdaşlarının istifadəçilər ilə Google Assistant səsli köməkçisi arasında olan danışıqları dinlədiklərini Hindistan hökumətinə etiraf ediblər. Bundan əlavə olaraq son zamanlarda Google Assistant kortəbii olaraq danışıqların yazılması funksiyasını aktivləşdirir. Məlumata əsasən Google şirkəti Hindistanın İnformasiya Texnologiyaları üzrə Parlament Komitəsinə bildirib ki, "Okay, Google" əmrindən sonra şirkət əməkdaşları istifadəçilər ilə səsli köməkçi arasında olan bəzi danışıqları dinləyirlər.

Faktiki olaraq bu, yeni bir xəbər deyil. Belə ki, 2019-cu ildə şirkət etiraf etmişdi ki, o, danışıqların 0.2%-ni dinləyir. Lakin həmin vaxtda şirkət bildirmişdi ki, o bunu servisin təkmilləşdirilməsi üçün edir və şirkət əməkdaşları danışıqların konfidensial məlumatları özündə əks etdirməyən az hissəsini dinləyirlər. Buna baxmayraq hansı məlumatın konfidensiallıq xarakteri daşıdığını təyin etməyi bacarın üsul barsində məlumat verilmir.

Google daha bir maraqlı faktı da etiraf edib. Smartfonda və smart səsgücləndiricilərdə səsli köməkçi hətta istifadəçinin "Okay, Google" əmri olmadan da ətraf səsləri yaza bilir. Şirkət bildirib ki, bu, səsli köməkçinin əmrə bənzəyən hər hansısa bir sözü eşitdiyi zaman baş verir. Belə bir hal yaşandığı zaman istifadəçiyə "Hey Google, that wasn't for you" cümləsini istifadə etmək məsləhət görülür. Bu halda səsli köməkçi son yazılmış danışığı siləcək.скачать dle 11.3
Mojo.az Banner