Mojo.az Banner
11:49 Azərbaycan nefti ucuzlaşdı  |     11:47 Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     11:38 Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular  |     11:37 Netanyahudan XƏBƏRDARLIQ: "Seçki ərəfəsində İsrailə hücum cəhdləri ola bilər"  |     11:34 Ürək xəstələri üçün YENİ ÜMİD: Tibbdə tarixi addım atıldı  |     11:18 Elektrik avtomobilləri servislərə niyə az müraciət edir? – Açıqlama  |     11:14 Kürdəmirdə DƏHŞƏT: Eyni kənddə iki nəfəri ildırım vurub öldürdü - VİDEO (Yenilənib)  |     11:00 Bakıda 62 yaşlı kişi parkda öldü  |     23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

İsrailin şimalında “Hizbullah”ın hücumlarından sonra yanğın başlayıb

04.06.2024 19:17 1 506
İsrailin şimalında “Hizbullah”ın hücumlarından sonra yanğın başlayıb
Livandan buraxılan mərmilər və dronların hücumları nəticəsində İsrailin şimalında yanğınlar başlayıb. Yanğını söndürərkən İsrail Müdafiə Qüvvələrinin (İMQ) ehtiyatda olan altı əsgəri zərər çəkib.

Bu barədə “Report” “Ynet” və “The Times of Israel”, habelə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinə istinadən xəbər verir.

Ölkənin Yanğınsöndürmə və Xilasetmə Xidməti bildirib ki, Kiryat Şmona şəhərində və Kfar-Giladi kibutsunda bir neçə ev yanıb. Bundan başqa, Livanla həmsərhəd Qalileya bölgəsində də alovlanma ocaqları qeydə alınıb. Ümumilikdə yanğının söndürülməsinə 30-dan çox yanğınsöndürmə briqadası cəlb olunub.

“Hazırda İMQ Maddi-texniki Təminat Komandanlığının yanğınsöndürən taboru hadisə yerindədir, yanğınsöndürənlərə və xilasedicilərə köməklik göstərir. Biz yanğınları nəzarət altına ala bildik və indiki mərhələdə insanların həyatı üçün təhlükə yoxdur”, – İsrail ordusunun mətbuat xidməti açıqlayıb.

İMQ-in bildirdiyinə görə, ehtiyatda olan altı hərbçi yanğınları söndürərkən zərər çəkib. Onlara dəm qazından zəhərlənmə diaqnozu qoyulub. Onların hamısına tibbi yardım göstərilmək üçün xəstəxanaya aparılıb.скачать dle 11.3
Mojo.az Banner