Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvan gömrüyündə 12 minlik dərman əməliyyatı ilə bağlı məhkəmənin vaxtı bəlli oldu

01.06.2024 17:45 693
Naxçıvan gömrüyündə 12 minlik dərman əməliyyatı ilə bağlı məhkəmənin vaxtı bəlli oldu
Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun əməkdaşları Saday Paşayevlə Nihad Məmmədovun cinayət işi üzrə növbət məhkəmə prosesinin vaxtı bəlli olub.

Qaynarinfo xəbər verir ki, proses iyunun 5-də Naxçıvan Muxtar Respublikası (MR) Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Bu cinayət işi üzrə məhkəmə istintaqı hakim Hüseyn Məmmədovun sədrliyi ilə aparılır.

Saday Paşayev və Nihad Məmmədovla daha üç şəxs müttəhimlər kürsüsünə çıxarılıb. Bunlar Seymur Ağayev, Yalçın Teymurov və Fərəc Fərəcovdur.

İttiham aktından məlum olur ki, istintaqla Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək” gömrük postunun əməkdaşları Saday Paşayev və Nihad Məmmədovun rüşvət müqabilində qabaqcadan əlbir olduqları Seymur Ağayev, Yalçın Teymurov və Fərəc Fərəcovla birgə dövlət qeydiyyatı tələb olunmasına baxmayaraq, qanunla nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçirilməyən ümumilikdə 12 min manatdan artıq dəyəri olan 25 adda dərman vasitələrini müxtəlif vaxtlarda satış məqsədilə ölkə ərazisinə idxal etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə Saday Paşayev və Nihad Məmmədov Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 311.3.1, 311.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə, Seymur Ağayev həmin Məcəllənin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci (rüşvət almada köməkçi) maddələri ilə, Yalçın Teymurov və Fərəc Fərəcov isə həmin Məcəllənin 200-1.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində müvafiq qətimkan tədbirləri seçilib.

скачать dle 11.3
Mojo.az Banner