Mojo.az Banner
17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

MN-in mayorunu öldürməkdə təqsirləndirilən zabitin məhkəməsi başlayır

29.05.2024 21:27 1 068
MN-in mayorunu öldürməkdə təqsirləndirilən zabitin məhkəməsi başlayır
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin qulluqçusu Abdullayev Amil Hümbət oğlunu qətlə yetirməkdə təqsirləndirilən Abdullayev Nizami Eynulla oğlunun məhkəməsi başlayır.

Cinayət işinə Füzuli Hərbi Məhkəməsində baxılacaq.

Qeyd edək ki, ilkin istintaqla, A.Abdullayevin digər zabit Abdullayev Nizami Eynulla oğlu tərəfindən aralarında yaranmış mübahisə zəminində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan, o, şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.

Zərərçəkmiş A. Abdullayev mayor olub. O, İkinci Qarabağ Müharibəsində döyüşüb. Bir neçə rayonun işğaldan azad edilməsinə görə təltif edilib.

Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıbскачать dle 11.3
Mojo.az Banner