Mojo.az Banner
23:01 Beyləqanda kanalda bir nəfər batıb  |     22:54 İsrail "Hizbullah"ın elit bölməsinin komandirini MƏHV ETDİ  |     22:48 Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı  |     22:44 Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi  |     22:42 Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var  |     22:20 Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı  |     22:12 Qatlana bilən “iPhone Ultra” ilə bağlı diqqətçəkən iddia  |     22:08 Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz  |     22:04 Mərakeşdə yüzlərlə miqrantın İspaniya anklavına daxil olmasının qarşısı alındı  |     21:57 Avropanın nəhəng çayı quruyur: Su səviyyəsi ANTİREKORD həddə  |     21:28 Bakı metrosunda xətlər ayrılır: İnterval nə qədər azalacaq? - Video  |     21:25 Azərbaycana payız bu tarixdə daxil olacaq  |     21:20 Azərbaycan XİN İndoneziyaya başsağlığı verib  |     21:13 Astarada 60 yaşlı kişi əncir dərərkən öldü  |     21:07 Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI  |     21:00 "Turan Tovuz" - "Fənərbağça" oyununun məkanı və vaxtı bilindi  |     20:55 Türkiyənin süni intellektlə çəkilən serialı təqdim olundu - VİDEO  |     20:46 İlk dünya çempionu olan boksçu vəfat etdi  |     20:41 Xərçəngə səbəb olan qidalar - SİYAHI  |     20:34 Cənubi Koreya Kim Çen Ina barışıq əli uzatdı  |    
Left Banner
Right Banner

Vladanka Andreyeva: Azərbaycanda minalarla mübarizəyə dəstəyi genişləndirmək imkanı var

29.05.2024 21:05 1 515
Vladanka Andreyeva: Azərbaycanda minalarla mübarizəyə dəstəyi genişləndirmək imkanı var
Azərbaycanda minalarla mübarizə üçün tərəfdaşlıq və beynəlxalq dəstəyi genişləndirmək üçün imkanlar mövcuddur.

Bunu müsahibəsində BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva deyib.

O, BMT-nin Azərbaycandakı ölkə komandasının postmünaqişə dövründə bərpa və yenidənqurmaya dair ərazilərin minalardan təmizləməsi, bacarıqların inkişafı, səhiyyə, təhsil və digər sahələrdə məcburi köçkünlərə dəstək kimi iddialı səylərini dəstəklədiyini vurğulayıb:

“Azərbaycan minalarla ən çox çirklənmiş ölkələrdən biridir. 2020-ci ildən başlayaraq Avropa İttifaqının, Böyük Britaniya hökumətinin, eləcə də təşkilatımızın daxili resurslarının maliyyə dəstəyi ilə BMTİP, UNICEF və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) ANAMA-nın minalarla mübarizə səylərini, o cümlədən institusional gücləndirmə və texniki yardım göstərilməsi ilə dəstəkləyir”.

Onun sözlərinə görə, bu istiqamətdə hələ çox iş görülməlidir: “BMT ANAMA ilə birlikdə minalarla mübarizə üzrə iki beynəlxalq konfransın təşkilinə kömək edib.

Üçüncü beynəlxalq konfrans sabah Zəngilanda keçiriləcək və Bakıda davam edəcək”.

V.Andreyeva qeyd edib ki, bu konfranslar Qarabağın minalardan təmizlənməsi kimi mühüm vəzifənin həllində davamlı beynəlxalq dəstək axtarmaq üçün platforma rolunu oynayır.скачать dle 11.3
Mojo.az Banner