Mojo.az Banner
23:01 "Real" Bernardonu rəsmən təqdim etdi  |     22:56 2026-cı ildə qiyməti ucuzlaşa biləcək 6 lüks SUV  |     22:50 Azərbaycanda yük qatarında tüstülənmə oldu  |     22:41 Wi-Fi şifrəsini unutmusunuz? - Telefonda və kompüterdə belə öyrənə bilərsiniz  |     22:34 Bakıda məsciddə namaz qılıb yatdı - Telefonu oğurlandı  |     22:29 Bakıda 45 min manatlıq dələduzluq  |     22:21 "Ucuz Store"da saxta aksizli içkilər aşkarlandı - İki nəfər cərimələndi  |     22:11 Həkim səhvi ilə bağlı mübahisələdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı  |     22:02 Sevgilisinin qızıllarını oğurladı, borclarını ödədi (TƏFƏRRÜAT)  |     21:57 Gəncədə 26 yaşlı gəncin meyiti tapıldı  |     21:49 Bəzi ərazilərdə qaz olmayacaq  |     21:44 Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı  |     21:36 Görüntüdəki şəxslər əsgərin nənə-babası deyil, valideynləri imiş – VİDEO  |     21:30 Yeniyetmələr üçün "ChatGPT" istifadəyə verildi  |     21:22 Kiperpolisdən əməliyyat: Onlayn kazino şəbəkəsinin rəhbəri Azərbaycana gətirildi - Video  |     21:17 "Təbrik Palace" restoranının qarşısında KÜTLƏVİ DAVA - VİDEO  |     21:14 Portuqaliyada üzün örtülməsi QADAĞAN EDİLDİ: Üç min avroyadək cərimə  |     21:01 Ermənistan Azərbaycanla ticarət əlaqələri qurmağı planlaşdırır  |     20:53 Həftəsonunadək gözlənilən hava şəraiti açıqlandı  |     20:48 Qızıl mədəni çökdü - 100-dən çox ölən var  |    
Left Banner
Right Banner

Məhşur rusiyalı qiraətçinin Bakı konsertində xoşəgəlməz hadisə: Əslində nə baş verib? - AÇIQLAMA (FOTO)

28.05.2024 11:41 1 002
Məhşur rusiyalı qiraətçinin Bakı konsertində xoşəgəlməz hadisə: Əslində nə baş verib? - AÇIQLAMA (FOTO)
Ötən gün Bakıda məşhur rusiyalı aparıcı və qiraətçi, milyonlarla insanın tanıdığı Kseniya Kesler və yeddi kitab müəllifi, "LitGost" layihəsinin rəhbəri, 2023-cü ildə Rusiyada kitabı ən çox satılan şair, qiraətçi Dmitri Kravçenkonun konserti keçirilib.

Bakıda ilk dəfə konserti baş tutan Dmitri Kravçenko təşkilatçılardan narazılıq edərək, ona konsert üçün ödənişin edilmədiyini bildirib. Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilib.

Konsert Beynəlxalq Muğam Mərkəzində baş tutsa da, Mərkəz özünün sosial şəbəkə hesabından baş verən xoşagəlməz hadisə ilə bağlı məsuliyyət daşımadığını və sualların təşkilatçılara ünvanlanması ilə bağlı paylaşım edib.


Konsertdə iştirak edən şəxslərdən oxu.az-a verilən məlumata görə, sözügedən konsert başlamazdan öncə təşkilatçılar biletlərin satılmadığı barədə Dmitri Kravçenkoya məlumat veriblər:

"Mən bildiyim qədər ilə, biletlər satılmayıb. Təxminən 50-100 bilet satılmış. Qonaqların bir qismi demək olar ki, dəvətnamə ilə gəliblər. Konsert başlamazdan öncə D.Kravçenkoya bildirib ki, ödəniş edilməyəcək. Çıxış edib və ya etməmək onun öz qərarı olub. O isə səhnəyə çıxaraq 1 saatlıq çıxışını edib. Çıxışının sonunda "Прощай Баку" (Əlvida Bakı!) mahnısını ifa edib və konsert təşkilatçılarının ona heç bir ödəniş etmədiyini deyib".

Təşkilatçılar isə oxu.az-a açıqlamalarında bildiriblər ki, ilk gündən bütün danışıqlar və şərtlər D.Kravçenko ilə yox, onun menecerləri ilə razılaşdırılıb:

"Biz konsert barədə onun menecerləri ilə danışmışıq. Şərtləri və digər bütün məqamları onunla müzakirə etmişik. Onlar hələ Moskvada olanda əlaqə saxlamışıq və mövcud vəziyyəti izah etmişik. Onlara təklif edildi ki, konsertin günün dəyişə və ya ləğv edə bilərik. Çünki öncədən də qeyd edilən şərtlər gözlənilən kimi nəticə vermədiyindən ödəniş olunmayacaq. Lakin onlar konsertin ləğv edilməsini istəmədilər və öz seçimləri ilə çıxış etməyə gəldilər. Konsert zamanı bu kimi xoşagəlməz çıxış etmələri təəssüf doğurdur. Çünki ortada hər hansı anlaşılmazlıq varsa, bu, bizdən deyil, onların öz aralarındakı dialoqdan qaynaqlanıb".
скачать dle 11.3
Mojo.az Banner