Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Narkoman və vərəm xəstəsi avtobus sürür? - VİDEO

27.05.2024 13:08 1 089
Narkoman və vərəm xəstəsi avtobus sürür? - VİDEO
Dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi kimi müsahibə vermiş şəxs Bakıda marşrut avtobusu sürür.

"Qafqazinfo" xəbər verir ki, "Batya Vasmoyski" ləqəbi ilə tanınan Bəxtiyar Ağaməmmədovun paytaxt ərazisində 40 saylı müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışması məlum olub.

"Çinar Trans" MMC-nin istismarında olan xətdə çalışan B.Ağaməmmədovun avtobusla təhlükəli manevrlər etməsi, sərnişinlərlə kobud rəftar etməsi, qeyri-adekvat hərəkətləri diqqəti cəlb edib.

"Batya Vasmoyski" kimi tanınan şəxsin keçmişi ilə bağlı video çəkərək "YouTube" kanalında yayımlayan tanınmış bloqer Nail Kəmərli onun narkoman olmaqla yanaşı, təhlükəli yoluxucu xəstəlik daşıyıcısı olduğunu da bildirib:

"Biz həmin vaxt Bəxtiyar Ağaməmmədovu reabilitasiya mərkəzinə yerləşdirdik, müalicəsinə başlanıldı. Bir müddət orada qaldıqdan sonra onun həm də vərəm xəstəsi olması müəyyən edildi və yoluxucu xəstəlik olduğundan izolyasiya məqsədilə vərəm dispanserinə göndərildi. Belə anlaşılır ki, orada da müalicəsini yarımçıq saxlayıb. Biz barəsində film hazırladığımız şəxslərin taleyi və davranışlarını sonradan izləyə bilmirik".

40 saylı marşrut xəttini istismar edən "Çinar Trans" MMC-dən bildirilib ki, mövzu ilə bağlı gün ərzində açıqlama veriləcək.скачать dle 11.3
Mojo.az Banner