Mojo.az Banner
21:30 Yeniyetmələr üçün "ChatGPT" istifadəyə verildi  |     21:22 Kiperpolisdən əməliyyat: Onlayn kazino şəbəkəsinin rəhbəri Azərbaycana gətirildi - Video  |     21:17 "Təbrik Palace" restoranının qarşısında KÜTLƏVİ DAVA - VİDEO  |     21:14 Portuqaliyada üzün örtülməsi QADAĞAN EDİLDİ: Üç min avroyadək cərimə  |     21:01 Ermənistan Azərbaycanla ticarət əlaqələri qurmağı planlaşdırır  |     20:53 Həftəsonunadək gözlənilən hava şəraiti açıqlandı  |     20:48 Qızıl mədəni çökdü - 100-dən çox ölən var  |     20:40 Kiberdələduzluq hallarına qarşı diqqətli olun!  |     20:35 Azərbaycan alma ixracından gəlirini 7 % artırıb  |     20:27 Sabah 38° isti olacaq  |     20:22 Simonyan ABŞ rəsmisi ilə TRIPP-i müzakirə etdi  |     20:14 Bu şəxslər vergi ödəməyəcək  |     20:09 Psixiatriya xəstəxanasına yerləşdirilən Elşad Xosedən xəbər var  |     20:02 Azərbaycanda 2 universitet tələbələrinə təqaüd verəcək  |     19:57 Prezidentin əfv fərmanından imtina edən qırğız səbəbi açıqladı  |     19:49 Beynəlxalq yükdaşımalar Azərbaycanın valyuta gəlirlərini artırır  |     19:44 Meyiti iki gün sonra su kanalında tapıldı  |     19:35 Rusiya Ermənistandan hesabat tələb etdi - İrəvan cəzalandırılır  |     19:30 Əmisi oğlunu daşla vuran Goranboy sakini həbs olundu  |     19:24 Əsəd ailəsinin həbs olunan ilk üzvü edam ediləcək  |    
Left Banner
Right Banner

Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI

17.05.2024 16:15 957
Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Xatırladaq ki, imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri aprelin 30-da olan olunub. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri daxil olmaqla yekun imtahan balı təqdim olunub. İştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplaya bilərlər.

Bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər. İmtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar ("Azercell”, "Bakcell”, "Nar”, "Naxtel”) vasitəsilə "iş nömrəsi”ni "7727” nömrəsinə göndərməklə də öyrənmək mümkündür.

İmtahanda 1 nəfər 93,5 bal toplamaqla mümkün olan ən yüksək nəticəni göstərib.

Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

İxtisaslaşma seçimi "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl "Magistr” jurnalının növbəti sayında dərc edilib).

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 21 may 2024-cü il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 18 may saat 10:00-dan 20 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.

Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.скачать dle 11.3
Mojo.az Banner