Mojo.az Banner
11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |    
Mojo.az Avto
Mojo.az Avto

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

17.05.2024 11:30 873
Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub
Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər.

Alimlər qrupu son 5 500 il ərzində tropik siklonların aktivliyini tədqiq ediblər. Onlar Yer kürəsində fırtınaların sayının 40% artdığı 11 dövr müəyyən ediblər.

Tədqiqatçılar qeyd ediblər ki, belə vaxt dövrləri Günəşin aktivliyinin 11 illik dövrləri ilə üst-üstə düşür. Nəzəriyyə ondan ibarətdir ki, güclü Günəş alovları Yerə daha çox enerji göndərir, bu da okeanları qızdırır və tropik fırtınaları gücləndirir.

Florida Dövlət Universitetinin tədqiqat rəhbəri Yan Vanın sözlərinə görə, son Günəş fırtınasının bu il tropik fırtınaların sayının artmasına səbəb olub-olmayacağını dəqiq proqnozlaşdırmaq çətindir.

“Nəticələrimiz göstərir ki, yüksək Günəş radiasiyasının və digər amillərin, o cümlədən “El Ninyo”nun (qasırğa - red.) güclənməsi, Meksika körfəzində dəniz səthinin temperaturunun daha yüksək olması və onilliklər ərzində Atlantik axınların müsbət fazalarının birləşməsi tropik siklonların əmələ gəlməsi üçün əlverişli şərait yaradır”, - alimlər bildiriblər.

Mənbə: Daily Mailскачать dle 11.3
Mojo.az Banner