ABŞ Dövlət Departamenti Rumıniyaya AIM-9X raketlərinin satışını təsdiqləyib
Bu barədə Pentaqonun tabeliyindəki təhlükəsizlik sahəsində əməkdaşlıq agentliyi məlumat verib.
"Dövlət Departamenti Rumıniya hökumətinə “AIM-9X Sidevinder Block II” raketlərinin və müvafiq avadanlıqların təxmini dəyəri 340,8 milyon ABŞ dolları olan xarici hərbi satışını təsdiqləmək qərarına gəlib", - qurumun açıqlamasında deyilir.
Rumıniya əvvəllər bu tipli 300 raketin alınmasını xahiş edib.
//report