Mojo.az Banner
22:01 "Barni Kids" və rəhbəri cərimələndi: Səbəb nədir?  |     21:55 Xankəndidə restoranın qarşısında dava-dalaş - 2 gənc həbs edildi  |     21:50 Azərbaycanda bəzi təşkilatların hesablarına kiberhücum olub  |     21:42 Prezident təqaüdçüləri ailə qurur  |     21:36 Universitetdə təmir işləri görərkən qəfil öldü  |     21:31 Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir? - VİDEO  |     21:24 Qaradağda oğurluq edən şəxs saxlanıldı  |     21:19 İrəvana uçmalı olan təyyarə yararsız imiş  |     21:11 Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb  |     21:04 Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxslər tutuldu  |     20:58 “Sevgi evi”nin sahibi yenidən həbs olundu  |     20:51 Rəmişin Qarabağ qazisi olan qardaşı vəfat etdi - FOTO  |     20:46 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:41 Sabah hava necə olacaq?  |     20:36 Bu içkilər mədə xərçəngi riskini artırır  |     20:22 Azərbaycan bu il nə qədər qızıl ixrac edib? - İqtisadçı açıqladı  |     20:14 Uşaqları əlindən alınan ana övladlarına qovuşdu  |     20:09 "Xalq 11" lizinq şirkəti vətəndaşdan xəbərsiz avtomobilləri satışa çıxardı - VİDEO  |     20:01 Azərbaycan Bolqarıstana pomidor tədarük etməyə başlayıb  |     19:56 Yevlax Gigiyena və Epidemiologiya Mərkəzində işçinin maaşı yarıbayarı kəsildi - Video  |    
Left Banner
Right Banner

Azərbaycan dələduzluqda təqsirləndirilən iki nəfəri Özbəkistana təhvil verib

15.05.2024 13:18 2 001
Azərbaycan dələduzluqda təqsirləndirilən iki nəfəri Özbəkistana təhvil verib
Azərbaycan dələduzluqda təqsirləndirilən iki nəfəri Özbəkistana ekstradisiya edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 1992-ci il təvəllüdlü Ukrayna vətəndaşı Kaldarar Arsen Vasilyeviçin və 1980-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Kayumov Abduraxmon Abduvaliyeviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək dövlətlərarası axtarışa elan edilmiş A.V.Kaldarar və A.A.Kayumov 2024-cü ilin fevral ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilərək, onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.скачать dle 11.3
Mojo.az Banner