Mojo.az Banner
17:13 Qanunsuz yollarla ölkəyə gətirilən dərman vasitələri aşkar edilib  |     16:59 Sumqayıtda 17 yaşlı qız itkin düşdü  |     16:49 Böyürtkən yığan qadınlar niyə cərimələnib?— Qanun nə deyir? - ARAŞDIRMA  |     16:35 Mebel evinin anbarlarından 96 minlik oğurluq edən daha bir şəxsə hökm oxundu  |     16:23 Öz səsimizi niyə bəyənmirik? -Elmi səbəbi  |     16:06 Bakıda oğurluq edən şəxs saxlanıldı  |     15:50 İki gün əvvəl meyiti tapılan qadın Kamilə Babayevanın anası imiş  |     15:44 Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?  |     15:24 Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək  |     15:22 Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər  |     15:21 Hər gün içirik, amma təhlükəsi böyükdür: Mədə xərçəngi riskini artırır  |     15:14 Moskvaya gedən azərbaycanlıların NƏZƏRİNƏ - Hər addımınız izlənəcək!  |     13:31 Məşhur britaniyalı rejissor Con İrvin vəfat etdi  |     13:29 Sabah bəzi rayonlarda leysan olacaq  |     13:14 Cəlilabadda sürücü sükan arxasında öldü  |     12:45 Mazasırda DƏHŞƏTLİ HADİSƏ: Kişi öldürüldü, arvadı tutuldu  |     11:47 Biləsuvarda DƏHŞƏT: Kişi arvadının bədənində siqaret söndürdü  |     11:40 Abituriyentlərin DİQQƏTİNƏ - Son gündür  |     11:34 Qapalı məkanlarda siqaret çəkənlər cərimələnə bilər – Hüquqşünas  |     11:31 Təmirə verdiyiniz əşya itərsə, nə etməlisiniz? – Hüquqşünas açıqladı  |    
Left Banner
Right Banner

Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb

14.05.2024 20:25 852
Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb
Aparılmış təhlillər əsasında Xankəndi şəhərinin nəqliyyat planının layihəsi hazırlanıb.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun Xankəndi şəhərində keçirilən növbəti iclasında deyib.

“Nəqliyyat planında nəzərdə tutulan şəhərdaxili marşrut xətləri və marşrut sxemi, avtobus dayanacaqlarının sayı və yerləri, şəhərlərarası marşrut şəbəkəsi və marşrutları, eləcə də Xankəndi şəhərində avtovağzalın və avtobus deposunun yaradılması üzrə planlaşdırılan işlər və təkliflər əksini tapıb, - R. Hümmətov bildirib,

Onun sözlərinə görə, həmçinin Laçın şəhərinin Baş Planına uyğun olaraq, şəhərdaxili ictimai nəqliyyat xidmətlərinin təşkili məqsədilə nəqliyyat planı hazırlanıb, Şuşa şəhəri üzrə isə işlər davam edir.

İclasda yaxın zamanda məskunlaşması nəzərdə tutulan ərazilərdə, o cümlədən Xocalı və Xankəndi şəhərlərində, Kərkicahan qəsəbəsində və Malıbəyli kəndində zəruri yol-nəqliyyat infrastrukturunun qurulması, ictimai nəqliyyat, sərnişindaşıma və telekommunikasiya xidmətlərinin təşkili məsələləri, mövcud tələbat və imkanlar geniş müzakirə edilib.скачать dle 11.3
Mojo.az Banner