Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Nərmin işi": İlkin Süleymanovdan xəbər var

13.05.2024 15:38 1 161
Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən və 18 il müddətinə azadlıqdan məhrum edilən İlkin Süleymanovdan xəbər var.

Vəkil Əlibaba Rzayev Qaynarinfo-ya açıqlamasında İlkin Süleymanovun saxlandığı yerindən narazı olmadığını vurğulayıb.

"5 ildir həbsxanadadır, heç bir sübut olamadan həbsdə saxlanılır. İlkinin gələcəyə inamı var, deyir gec-tez bu iş üzrə bəraət alacam. Hansısa mərhələdə ona bəraət verilməlidir", deyə vəkil bildirib.

Vəkil cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsində prosesin davam etdiyini diqqətə çatdırıb:

"Bir neçə gün öncə İlkin Süleymanovun işi üzrə məhkəmə iclası keçirilib. Biz orada məhkəmə tərkibinə etriaz verdik, bu iş üzrə məhkəmənin obyektiv araşdırma aparmadığını dedik. İlkin hazırda Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılır. Gəncə Apellyasiya Məhkəməsində iş üzrə proses davam edir".

Vəkil növbəti məhkəmə iclasının mayın 22-ə təyin olunduğunu bildirib.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.скачать dle 11.3
Mojo.az Banner