Mojo.az Banner
13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |     13:38 Zabratda küçələri su basdı: Hərəkət çətinləşdi - Video  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:32 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü  |     13:29 Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi  |     13:17 Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır  |     13:08 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

13.05.2024 11:44 1 536
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Mayın 13-də saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Düşən yağıntının miqdarı Qrızda 39 mm, Qax, Qusarda 27 mm, Qubada 26 mm, Göygöldə 24 mm, Şəkidə 19 mm, Gədəbəydə 16 mm, İsmayıllıda 15 mm, Xaltanda 14 mm, Daşkəsəndə 11 mm, Naftalan, Oğuz, Tərtər, Göyçay, Goranboy, Mingəçevir, Gəncə, Ağdam, Bərdə, Yevlax, Zaqatala, Şabran, Qəbələ, Qobustan, Şahbuz, Altıağac, Şamaxı, Ağsu, Naxçıvan, Şəmkir, Tovuz, Balakən, Şahdağ, Kürdəmirdə 10 mm-dək olub.

Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti davam edir. Şimal-qərb küləyinin sürəti arabir Bakıda və Abşeron yarımadasında 24 m/san-dək güclənib.

“Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 16, Naxçıvan MR-da 12-17, Aran rayonlarında 15-17, dağlıq rayonlarda 3-9 dərəcə isti olub.скачать dle 11.3
Mojo.az Banner