Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Erməni hərbi həkimlər NATO-nun təlimlərində iştirak edəcəklər

01.05.2024 20:59 1 599
Erməni hərbi həkimlər NATO-nun təlimlərində iştirak edəcəklər
Erməni hərbi həkimlər NATO-nun himayəsi altında Macarıstanda keçiriləcək beynəlxalq təlimlərdə iştirak edəcəklər.

Median.Az
Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, aprelin 30-dan Ermənistan Müdafiə Nazirliyinin hərbi tibb idarəsinin tibbi batalyonu (hərbi səhra hospitalı) Macarıstanın Varpaluta poliqonundadır. Erməni hərbi həkimlər NATO-nun “Vigorous Warrior 2024” adlı təlimində iştirak edəcəklər.

Bu hərbi tibbi təlimdə 32 ölkənin bölmələri və 7 mülki təşkilat iştirak edəcək. Təlimlər mayın 10-dək davam edəcək.

Son xəbərlər