Mojo.az Banner
23:02 Ağıllı telefonlar dövründə qol saatı taxan insanlar bunu səbəbsiz etmir (ARAŞDIRMA)  |     22:56 Dünyanın ən xoşbəxt ölkəsi xoşbəxtliyin formulunu axtarır  |     22:51 Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Video  |     22:43 Kulinariyanın yeni trendi "təbii maya" - Necə hazırlanır?  |     22:38 14 milyonluq qalmaqalda Tahir Qədəşovun həbsi tələb edilir  |     22:30 Bu ölkədə prezidentliyə 35 namizəd var  |     22:25 Kollektorun üzərində daha 22 ev var - 8-i sökülməlidir (Video)  |     22:18 Nigeriyada terror: 10 əsgər öldü  |     22:05 Rusiya-Ukrayna müharibəsi bitir? - Son danışıqlardan yeni siqnallar  |     21:59 ADSEA-nın tabeli qurumları Bakı və Abşeronda suçəkmə işlərini davam etdirirlər - Video  |     21:51 İmişlidə müəmmalı ölüm: 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldı  |     21:46 Azər Bağırov: "Qarabağ"la oyundan sonra komandamı tanıya bilmirəm"  |     21:38 ABŞ hərbi təyyarəsi Krit yaxınlığında həyəcan siqnalı verib  |     21:33 Sabiq agentlik sədri Naxçıvanda TALAN MEXANİZMİNİ AÇIQLADI: "Pullar Talıbova verilirdi"  |     21:25 Ağır qəzada qolunu itirən "Nikosayağı" aylar sonra göründü - VİDEO  |     21:19 Şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü  |     21:12 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     21:05 Burak Denizin evindən narkotik vasitə çıxdı  |     21:00 Balın təbiiliyi necə müəyyən olunur? - Video  |     20:52 Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? - Yenidən yoxlanacaq  |    
Left Banner
Right Banner

Əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

27.04.2024 22:08 765
Əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək
Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi rabitə xidmətlərinin göstərilməsi üçün müqavilələr bağlayarkən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bir sıra tələbləri nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Median.Az
“Azərtac”a istinadla xəbər verir ki, əcnəbilər sim-kartı yalnız biometriyadan istifadə etməklə əldə edə biləcəklər və artıq bağlanmış müqavilələri yeni qaydalara uyğun olaraq yenidən rəsmiləşdirilməli olacaqlar.

Nazirliyin mətbuat xidməti qeyd edir ki, əcnəbilər müvafiq müqaviləni yalnız Vahid Biometrik Sistemdə qeydiyyatdan keçdikdən sonra bağlaya biləcəklər. Üstəlik, internet vasitəsilə sim-kart almaq qadağan ediləcək və bu, yalnız rəsmi rabitə mağazalarında və ya satış nöqtələrində həyata keçirilə bilər.

Müqavilədə, həmçinin IMEI, yəni sim-kartın quraşdırılacağı mobil cihazın eyniləşdirmə kodu göstəriləcək. Sim-kartın başqa cihaza köçürülməsi halında operatorların rabitə əlaqəsini kəsəcəyi vurğulanır. Belə olan halda, istifadəçi cihazı dəyişdirmək istəsə, mobil operatorun ofisində müqaviləyə dəyişiklik edə biləcək. Həmçinin, əcnəbi 10-dan çox nömrəni qeydiyyatdan keçirə bilməyəcək.

Rusiya operatorları 2025-ci il fevralın 1-dək bütün əcnəbilərə qaydalardakı dəyişiklik barədə məlumat verməlidir, gələn il martın 1-dək qədər sənədlər yenidən təqdim edilməlidir.

Bundan əlavə, yeni qanun layihəsi sayəsində ruslar pasport məlumatları ilə qeydiyyata alınan bütün nömrələr haqqında Dövlət Xidmətləri haqqında məlumatları görə biləcəklər. Onların şəxsi hesablarında istifadə olunmayan nömrələri söndürə bilmək imkanı da olacaq.

Yeni qaydalar qanun layihəsinin imzalandığı gündən qüvvəyə minəcək. Tələblərin pozulmasına görə inzibati məsuliyyət müəyyən ediləcək.скачать dle 11.3
Mojo.az Banner