Mojo.az Banner
18:36 Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı  |     18:31 Ağstafada "TikTok" üçün video çəkərkən elektrik vuran yeniyetmə ÖLDÜ  |     18:29 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     18:27 Hikmət Hacıyev Ukraynanın III dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edildi  |     18:21 Ağdamda açıq sahədə YANĞIN BAŞLAYIB  |     18:03 Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ  |     17:46 Xaçmazda kişi qızının sevgilisini küçədə döydü  |     17:33 Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO  |     17:23 Bir litr süd 15 qəpiyə satılır? - Fermerdən açıqlama  |     17:08 Avropada elektrikli avtomobil satışları 13 faiz artıb  |     17:00 Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar  |     16:42 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın böyük küçələrindən biri iki gün ardıcıl BAĞLANACAQ  |     16:26 Qızıl niyə bahalaşır? - Ekspert səbəbləri açıqladı  |     16:19 Rusiya ordusu Ukraynada üç yaşayış məntəqəsini nəzarətə götürüb  |     16:09 Paşinyan: "Yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmayacaq"  |     15:54 Fabinyo "Trabzonspor"da  |     15:51 34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı  |     15:35 İdarəetməni itirib maşını bağa aşırdı  |     15:23 Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər (RƏSMİ)  |     15:22 Taksi sürücüləri üçün imtahana qeydiyyat başlanır - Bu tarixdən  |    
Left Banner
Right Banner

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

26.04.2024 12:50 867
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb
Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, kinorejissor Rza Təhmasibin 130 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı Azərbaycan kinosu tarixinə aid unikal arxiv materialı müəyyən olunub.

Bu barədə Azərbaycan Dövlət Film Fondu məlumat yayıb.

Bildirilib ki, aşkar olunmuş fotosənəd 1945-ci ildə Bakı kinostudiyasında lentə alınmış “Arşın mal alan” (rej. R.Təhmasib və N.Leşşenko) bədii filminə aiddir. Azərbaycan Dövlət Film Fonduna orijinal şüşə neqativdə təhvil verilmiş fotosənəd Əməkdar mədəniyyət işçisi, fotoqraf-rəssam Pərviz Quliyevin şəxsi arxivinə daxildir.

Bu günədək heç bir kino tədqiqatında istifadə olunmayan bu fotoşəkil bərpa olunmuş şəkildə Dövlət Film Fondunun rəsmi saytı və sosial media hesabları vasitəsilə ictimaiyyətə təqdim olunur.скачать dle 11.3
Mojo.az Banner