Mojo.az Banner
20:50 Erməni konyakı yenə sərhəddə ilişib qaldı  |     20:45 Bakıda avtobus aşdı - VİDEO  |     20:28 Siyəzəndə narkotiklərlə bağlı 14 nəfər tutuldu  |     20:23 Azərbaycanda bu tələbələr pulsuz təhsil alacaqlar  |     20:15 Narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi  |     20:09 144,9 ha ərazi minalardan təmizlənib  |     20:01 Azərbaycana 6 kq-dan artıq narkotik vasitə keçirmək istədilər  |     19:56 Rusiyada təyyarə qəzası - 8 zabit həlak oldu  |     19:48 Azad edilmiş ərazilərdə 230 hektar istixana yaradılacaq  |     19:43 Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı  |     19:37 Ağdamda yaşayanların sayı açıqlandı  |     19:30 Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO  |     19:25 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO  |     19:16 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı  |     19:11 "Şrek" ekranlara qayıdır - Tarix açıqlandı  |     19:04 Bacısı ona 15 bıçaq zərbəsi vuran qardaşını bağışladı  |     18:54 MN-də 143 milyonluq mənimsəmə: Məhkəmə sabiq general və polkovniklərlə bağlı qərar verdi  |     18:41 Bakıda iti binadan atan şəxs həbs edildi  |     18:30 Bakıdakı böyük oyuna doğru: Çexiya klubuna ayrılan yerlərin sayı açıqlandı  |     18:21 Sabahdan kirayə mənzil üçün müraciətlər müvəqqəti dayandırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI

25.04.2024 11:36 798
İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
“İnsanabənzər robot “Optimus” hələ də “Tesla”nın laboratoriyasında sınaqdan keçirilir, lakin gələn ilin sonunda buraxılmağa hazır ola bilər”.

Bu barədə “Tesla”nın baş direktoru İlon Maskın bəyanatına istinadən məlumat yayılıb.

“Tesla” dünyada potensial işçi çatışmazlığı və təkrarlanan tapşırıqları yerinə yetirmək üçün insanabənzər robotlar hazırlayan bir neçə şirkətdən biridir. Bu cür maşınlar logistika, anbar, pərakəndə satış və istehsal kimi sənayelərdə təhlükəli və ya adi işlərə cəlb oluna bilər.

Son telefon konfransı zamanı Mask investorlara 2024-cü ilin sonuna qədər “Optimus” robotlarının “Tesla” zavodunda bəzi vəzifələri yerinə yetirməyə başlaya biləcəyinə inandığını bildirib. Avtomobillərin 2025-ci ilin sonunda satışa çıxarılacağı gözlənilir.

“Məncə, “Tesla” güclü tələbat və kütləvi istehsal perspektivi baxımından istənilən insanabənzər robot istehsalçısı arasında ən yaxşı mövqedədir”, - iş adamı investorlara deyib.

Qeyd olunur ki, insanabənzər robotlar hazırlayan şirkətlərə “Hyundai Motor” ilə tandemdə “Honda” və “Boston Dynamics” də daxildir. Bundan əlavə, “Fig” startapı 2024-cü ildə analoji planlarını açıqlayıb – şirkət avtomobil istehsalçısı “BMW” ilə əməkdaşlıq edərək insanabənzər robotlar hazırlamaq niyyətindədir.

Mənbə: Reutersскачать dle 11.3
Mojo.az Banner