Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Vergi Xidmətinin vəzifəli şəxsləri sahibkarlardan 200 min manat pul vəsaitini rüşvət almaqda ittiham olunur | 23:00 Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı | 22:54 Avtobusdan düşərkən torbanı apardı, bir aylıq həbs cəzası aldı | 22:47 Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama | 22:20 Bakıda çay evində dava: ölü və yaralılar var | 22:12 Sabah bir rayonda işıq olmayacaq | 22:00 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib | 21:47 Azərbaycanda zavodda güclü partlayış oldu - Hadisə yerindən görüntülər | 21:41 Şimali Kiprdə baş vermiş gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı həbs olunub | 20:11 Sergey Lebedev: "Azərbaycan 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik edəcək" | 20:00 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı | 19:38 Bakı-Sumqayıt yolu üçün yeni plan | 19:22 Sabah bu ərazidə işıq kəsiləcək | 19:00 Gürcüstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı | 18:54 İşçini müqaviləsiz çalışdıran turizm şirkətinə 23 min manatlıq cəza | 18:51 Azərbaycanda fabrik direktoru vəfat etdi | 18:32 SON DƏQİQƏ! DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı | 18:09 Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu | 18:02 Rekordlar qıran baş məşqçinin Azərbaycandan çıxışına qadağa qoyuldu | 17:54 Azərbaycanın Suriyaya ixracı 388 milyon dolları ötüb |
Mojo.az Avto
Mojo.az Avto

Bir milyondan çox aksizsiz siqaret aşkar edilərək götürülüb

22.04.2024 15:22 915
Bir milyondan çox aksizsiz siqaret aşkar edilərək götürülüb
Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları külli miqdarda aksiz markasız siqaretlər aşkar ediblər.

Bu barədə DGK-dan bildirilib.

Vurğulanıb ki, komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin və Gəncə Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 1 milyon 080 min ədəd müxtəlif markalı siqaretlər aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsi bir daha vətəndaşların diqqətinə çatdırır ki, iri vergi tutumlu aksiz markası ilə markalanmalı və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların (siqaretlər, alkoqollu içkilər və s.) qanunsuz idxalı, satışı, əldə edilməsi, daşınması, saxlanması, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi, habelə bu qəbildən olan digər hərəkətlər dövlətin, bu sahədə qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin, habelə istehlakçıların mənafeyinə ziyan vurur və qətiyyən yolverilməzdir.

Faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırmalar davam etdirilir.

Son xəbərlər