Mojo.az Banner
SON DƏQİQƏ
13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |    
Mojo.az Avto
Mojo.az Avto

Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı QƏRAR verildi

17.04.2024 14:57 1 053
Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı QƏRAR verildi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun 30 milyonluq əmlakının yenidən müsadirədən azad edilməsi ilə bağlı kassasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda tərəflərin çıxışı dinlənilib. Çovdarovla birgə əmlakı müsadirə edilmiş sabiq MTN-çi Səlim Məmmədov və “8-ci kilometr bazarı”nın keçmiş sahibi Çingiz Əsədov da kassasiya şikayəti vermişdilər. Ç.Əsədov “8-ci km bazarı”nın ona qaytarılmasını tələb edib.

Tahir Kazımovun sədrlik etdiyi məhkəmə heyətinin son qərarı belə olub ki, A.Çovdarov və S.Məmmədovun əmlaklarının (“8-ci km bazarı” da daxil olmaqla) müsadirəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarı əsaslı sübutlarla təsdiqini tapıb. Qərara əsasən, bütün şikayətlər əsassız sayılaraq rədd edilib.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması qərarı çıxarıb. Eyni zamanda, Səlim Məmmədovun da müsadirə edilmiş əmlakları özünə qaytarılıb. Sonradan prokurorun protesti əsasında Ali Məhkəmə sözügedən qərarı tamamilə ləğv edib. Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı Çovdarov və Məmmədovun üzərinə həbs qoyulmuş əmlaklarının dövlət nəfinə müsadirəsinə qərar verib.скачать dle 11.3

Son xəbərlər