Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

İsrail rəsmiləri İrana görə bir daha toplanacaq

16.04.2024 17:03 1 428
İsrail rəsmiləri İrana görə bir daha toplanacaq
İsrailin Hərbi Nazirlər Kabinetinin bu gün İrana qarşı cavab hücumunu qiymətləndirmək üçün bir daha toplanacağı və Təl-Əvivin "ölçülmüş, orta və ya hərtərəfli” hücum variantlarını nəzərdən keçirdiyi bildirilib.

Azxeber.com axrici mətbuata istinadən xəbər verir ki, İsrailin "Kanal12” televiziyasının yaydığı xəbərə görə, Nazirləri Kabineti 13 apreldə İranın hücumlarına görə cavab tədbirləri ilə bağlı razılığa gəlsə də, bu cavabın zamanı, yeri və miqyasını qiymətləndirmək üçün bu gün bir daha toplanır.

İsrail hərbçiləri bazar ertəsi gecə Hərbi Nazirlər Kabinetinə təqdim etdikləri variantlar arasında "ölçülü hücum” adlandırılan "fiziki raket və ya hava hücumu deyil, İrana kiberhücum təşkil etmək” variantı önə çıxıb.

Belə ki, kiberhücuma əlavə olaraq hərbi bazaya və ya obyektə hücum variantı "orta hücum" kimi qiymətləndirilib.

"Hərtərəfli hücum”a gəlincə, kiberhücumdan əlavə, İran boyu hərbi baza və obyektlər də daxil olmaqla, çoxsaylı strateji nöqtələrə hücum variantı müzakirə edilib.

Hücumun vaxtı ilə bağlı yekun qərar olmasa da, baş nazir Benyamin Netanyahunun müxalifət liderlərini mümkün addımlar barədə məlumatlandırması planlaşdırılır.

Bildirilir ki, ABŞ da İsrailin mümkün cavab tədbirlərini daha məhdud saxlamasını və atacağı addımlar barədə Vaşinqtonu məlumatlandırmasını istəyir.

İsrailin yüksək rütbəli rəsmiləri ABŞ-ın rəhbərliyi altında İrana qarşı "birgə diplomatik və siyasi kampaniyadan” məmnun olduqlarını vurğulayıblar.

Son xəbərlər